Nida Xəbər
Uzaq məsafəli uçuşlarla bağlı yeni qərar qəbul edildi
Milli Məclisin bugünkü plenar iclasında kommersiya daşımalarını həyata keçirən təyyarələrin ekipaj üzvlərinin iş və istirahət vaxtının yenidən tənzimlənməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunaraq sonuncu — üçüncü oxunuşda qəbul edilib.
Publika.az xəbər verir ki, bununla əlaqədar Əmək Məcəlləsinə və "Aviasiya haqqında" qanuna müvafiq dəyişikliklər olunub.
Qanun layihəsində qeyd edilib ki, Əmək Məcəlləsinin mövcud 89-cu maddəsinə əsasən gündəlik normal iş vaxtı 8, həftəlik normal iş vaxtı isə 40 saatdan çox ola bilməz. Məcəllənin 93-cü maddəsi və Nazirlər Kabinetinin 2003-cü il 12 avqust tarixli 106 nömrəli Qərarı ilə uçuş və uçuş-təlimatçı heyəti üçün həftəlik iş vaxtı 36 saat müəyyən olunmuşdu. Habelə məcəllənin 95-97-ci maddələrinə əsasən, cəmlənmiş uçot tətbiq edildikdə gündəlik iş vaxtı 12 saatdan, gecə vaxtına düşdükdə isə 11 saatdan artıq müəyyən edilə bilməzdi. Bu məhdudiyyətlər Nyu-York, Seul və digər 13-14 saat davam edən uzaq məsafəli reyslərin yerinə yetirilməsini ya qeyri-mümkün edir, ya da iqtisadi baxımdan səmərəsizləşdirərək aviabazarın rəqabət qabiliyyətini zəiflədirdi.
Təklif edilən yeni tənzimləmələrə əsasən, ümumi iş saatı limitləri hava gəmisi heyətinin yorğunluğunun idarə edilməsi sahəsindəki beynəlxalq standartlara tam uyğunlaşdırılır. Avropa İttifaqı və ABŞ kimi qabaqcıl beynəlxalq təcrübədə olduğu kimi, uçuş heyətinin iş və istirahət müddətləri artıq 7, 14, 28 ardıcıl gün və ya 1 təqvim ili üzrə daha çevik və müasir limitlərlə tənzimlənəcək.
Qanun layihəsi parlamentdəki müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda təsdiqlənib.
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video








.jpg)
















.jpg)











