Nida Xəbər
İcra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovla bağlı inzibati protokol tərtib olunub.
Publika.az xitab24.az-a istinadla xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib.
İşə baxış zamanı müəyyən edilib ki, eyni vaxtda baş vermiş hadisəyə görə Səbail Rayon İcra Hakimiyyətinin başçısı barəsində həmin maddə ilə daha bir inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilib və iş məhkəmənin icraatındadır. Məhkəmə hesab edib ki, hazırki iş icraatda olan digər işlə birləşdirilməlidir.
İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi haqqındadır. Vüqar Zeynalovun hansı qanuni tələbi yerinə yetirmədiyi hələlik məlum deyil.Bu maddətinin tələblərini pozan vəzifəli şəxslər 1200-2500 manat məbləğində cərimə olunur.
Xatırladaq ki, V.Zeynalov 2018-ci ildən Səbail rayonunun icra başçısıdır.
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?










.jpg)







.jpg)



.jpg)














