Nida Xəbər
Qəbələdə yeni su anbarı tikilir
Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli, 2178 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üzrə Tədbirlər Planı"na uyğun olaraq Yengicə su anbarının tikintisi nəzərdə tutulub.
Publika.az xəbər verir ki, "Yengicə su anbarı Qəbələ rayonu ərazisində, Yengicə kəndi yaxınlığında, Vəndamçay və Qaraçay çaylarının birləşdiyi hissədə layihələndirilib.
Layihə çərçivəsində rayon üzrə ümumilikdə 10 000 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsinin su təminatının yaxşılaşdırılması nəzərdə tutulur. Bu ərazilərə Yenikənd, Zalam, Kiçik Əmili və Böyük Əmili kəndlərinin 8 602 hektar, Bilix və Məlikli kəndlərinin isə 1 398 hektar əkin sahəsi daxildir.
Ümumilikdə 10 000 hektar torpaq sahəsinin 3 388 hektarında su təminatının yaxşılaşdırılması, 6 612 hektarında isə yeni suvarmanın həyata keçirilməsi nəzərdə tutulur.
Su anbarının ümumi həcmi 17.5 milyon kubmetr təşkil edir. Bəndin hündürlüyü 45 metr, uzunluğu 449.5 metr, eni isə 10 metrdir.
Yengicə su anbarının tikintisinə 2024-cü ildə başlanılıb və hazırda layihə üzrə tikinti işləri davam etdirilir.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi










.jpg)













.jpg)















