Nida Xəbər
Forum çərçivəsində “Biznes dialoqu” adlı panel sessiyası keçirildi
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 27-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi və Qlobal Sahibkarlıq Şəbəkəsinin (GEN Global) tərəfdaşlığı ilə “Biznes dialoqu” adlı panel sessiyası keçirilib.
Publika.az xəbər verir ki, GEN-in təsisçisi və prezidenti Conatan Ortmansın moderatorluğu ilə keçirilən sessiyada Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Kino Agentliyinin baş direktoru Rəşad Əzizov açılış nitqi ilə çıxış ediblər.
Paneldə Türkiyənin “Bilişim Vadisi” şirkətinin baş direktoru Erkam Tüzgen, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) Xidmətlər və İnkişaf Bölməsinin rəhbəri Dong Wu, Qazaxstanın “Alem Entartainment” şirkətinin təsisçisi Yernur Rısmaqambetov və İtaliya-Azərbaycan Ticarət Palatasının (ITAZERCOM) prezidenti Manuela Traldi iştirak ediblər.
Sessiya çərçivəsində “Yaradıcı Azərbaycan” platformasına həsr olunmuş video təqdimat nümayiş etdirilib. Təqdimatda Azərbaycanda mədəni və yaradıcı sənayelərin inkişafı, bu sahədə həyata keçirilən təşəbbüslər və platformanın fəaliyyəti barədə məlumat verilib.
Çıxışlarda vurğulanıb ki, müasir dövrdə sahibkarlıq yalnız iqtisadi fəaliyyət sahəsi deyil, həm də müxtəlif mədəniyyətlər və cəmiyyətlər arasında dialoqun qurulmasına, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsinə töhfə verən mühüm vasitədir.
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar








.jpg)
.jpg)









.jpg)

.jpg)















