Nida Xəbər
UNOCT-un Azərbaycanda təmsilçiliyinin genişləndirilməsi planları ətrafında danışıqlar aparıldı
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi (UNOCT) üzrə Baş katibin müavini vəzifəsini icra edən Aleksandr Zuyevi qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı Azərbaycan ilə BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi (UNOCT) arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.
Görüşdə, həmçinin 27–29 oktyabr tarixlərində Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti qeyd olunub. Forumun müasir dövrün qlobal çağırışlarının müzakirəsi, mədəniyyətlər və dinlər arasında qarşılıqlı anlaşmanın təşviqi, eləcə də sülh və təhlükəsizliyin möhkəmləndirilməsi baxımından əhəmiyyətli beynəlxalq platforma olduğu vurğulanıb.
Bununla yanaşı, ölkəmizdə keçirilən Bakı Təhlükəsizlik Forumunun beynəlxalq terrorçuluqla mübarizə sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, təhlükəsizlik sahəsində etimadın möhkəmləndirilməsi, təcrübə və məlumat mübadiləsinin genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Görüş zamanı BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin ölkəmizdə təmsilçiliyinin genişləndirilməsi planları ətrafında da fikir mübadiləsi aparılıb. Bunun Azərbaycan ilə UNOCT arasında əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsinə, terrorçuluqla mübarizə sahəsində beynəlxalq təşəbbüslərin dəstəklənməsinə töhfə verə biləcəyi vurğulanıb.
Azərbaycanın beynəlxalq terrorçuluğa qarşı mübarizəyə verdiyi töhfələr, bu sahədə BMT və onun ixtisaslaşmış qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsinə verdiyi önəm diqqətə çatdırılıb.
Aleksandr Zuyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsinin fəaliyyəti, terrorçuluğa qarşı qlobal səylərin əlaqələndirilməsi və üzv dövlətlərlə əməkdaşlığın əsas istiqamətləri barədə məlumat verib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar










.jpg)

.jpg)
.jpg)









.jpg)















