Nida Xəbər
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə etdi - FOTO
Baş prokuror Kamran Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsində Baş katibin müavini vəzifəsini icra edən Aleksandr Zuyevlə görüşüb.
Bu barədə Publika.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, cari il oktyabrın 27-də Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü çərçivəsində Azərbaycan Baş prokuroru Kamran Əliyev BMT-nin Terrorçuluqla Mübarizə İdarəsində Baş katibin müavini vəzifəsini icra edən Aleksandr Zuyevlə görüşüb.
Baş prokuror qonağı salamlayaraq, Azərbaycan ilə BMT arasında formalaşmış səmərəli tərəfdaşlığı vurğulayıb, Baş Prokurorluq ilə BMT-nin müvafiq qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
Görüşdə Azərbaycan ilə BMT-nin Terrorçuluqla Mübarizə İdarəsi arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, terrorçuluğa qarşı mübarizə sahəsində beynəlxalq səylərin əlaqələndirilməsi, hüquq-mühafizə orqanlarının institusional potensialının gücləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Əvvəlki təmaslara toxunularaq, 2024-cü ilin noyabrında COP29 çərçivəsində Baş Prokurorluğun, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) və Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş, hüquq-mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizədə roluna həsr olunmuş yüksək səviyyəli tədbirin əhəmiyyəti vurğulanıb. Həmçinin əvvəlki illərdə keçirilmiş ikitərəfli görüşlər xatırlanaraq, mövcud əməkdaşlığın konkret təşəbbüslər vasitəsilə daha da inkişaf etdirilməsinin vacibliyi qeyd olunub.
Baş prokuror Azərbaycan prokurorluq orqanlarının BMT-nin müvafiq strukturları ilə əlaqələrin genişləndirilməsinə, beynəlxalq təcrübənin öyrənilməsinə və birgə praktiki təşəbbüslərin həyata keçirilməsinə hazır olduğunu bildirib.
Aleksandr Zuyev səmimi qəbula görə təşəkkürünü bildirərək, Azərbaycan ilə BMT qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin, hüquq-mühafizə orqanlarının potensialının gücləndirilməsinin və beynəlxalq təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.
Görüşün sonunda tərəflər terrorçuluğa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi və BMT-nin müvafiq strukturları ilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə ediblər.
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək












.jpg)



.jpg)


















