Heydər Əliyev Mərkəzində sivilizasiya diplomatiyası müzakirə olundu - FOTO
Bizi izləyin

Nida Xəbər

Heydər Əliyev Mərkəzində sivilizasiya diplomatiyası müzakirə olundu - FOTO

Heydər Əliyev Mərkəzində sivilizasiya diplomatiyası müzakirə olundu - FOTO

Oktyabrın 27-də VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində “Sivilizasiya diplomatiyası və strateji uzaqgörənlik — gərginliyi qabaqlamaq, sülhə aparan inklüziv yollar qurmaq” mövzusunda plenar sessiya keçirilib.

Publika.az xəbər verir ki, ICESCO və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunan sessiyada Mərakeşin V Məhəmməd Universitetinin müəllimi, tədqiqatçı Məhəmməd əl-Məsudiyə, ICESCO-nun Strateji Proqnozlaşdırma Mərkəzinin direktoru Kais Hammami, multikulturalizm üzrə ekspert Rəvan Həsənov və başqaları çıxış edərək mədəniyyətlərarası dialoqun gücləndirilməsi və davamlı sülhün təmin olunmasında strateji uzaqgörənliyin əhəmiyyətini vurğulayıblar.

ICESCO-nun Sivilizasiyalar Dialoqu Mərkəzinin rəhbəri Xalid Fatalrahman Ömər Məhəmmədin moderatorluğu ilə keçirilən sessiyada mədəniyyət, din, elm və təhsil qurumlarının diplomatik proseslərdə fəal iştirakı, eləcə də sosial parçalanma və kimlik əsaslı münaqişələr kimi çağırışların vaxtında müəyyənləşdirilməsi məsələlərinə diqqət yetirilib.

Sessiyada həmçinin sivilizasiya diplomatiyası və strateji uzaqgörənliyin əlaqələndirilməsinin beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və davamlı sülhün təşviqinə töhfə verdiyi vurğulanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm