Nida Xəbər
Bakı Forumu dialoq və əməkdaşlığı gücləndirir - Samir Vəliyev
“Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması və davam etdirilməsi çox önəmlidir. Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da məhz bu məqsədə xidmət edir. Forumun “Ortaq gələcək naminə dialoq” mövzusuna həsr olunması da ölkəmizin dünyada sülh və əməkdaşlıq naminə təşəbbüslərinin ifadəsidir. VII Forumun əsas məqsədlərindən biri dialoq vasitəsilə sülhü təşviq etmək, qlobal təhlükəsizliyi gücləndirmək və əməkdaşlığı möhkəmləndirməkdir”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Samir Vəliyev deyib.
Onun sözlərinə görə, bu Forum “Bakı Prosesi”nin hissəsi olaraq mədəniyyətlərarası dialoqu qlobal şəkildə təşviq edir. Forum fərqli etnik, mədəni, dini və dil mənşəyi olan insanları bir araya gətirir, qarşılıqlı anlaşmaya doğru açıq və hörmətcil mübadilə üçün platforma yaradır. Ölkəmizin ev sahibliyi ilə keçirilən bu mötəbər tədbir beynəlxalq ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilir. VII Forumda 100-dən artıq ölkədən gəlmiş 500-dən çox qonaq, bütövlükdə isə qeydiyyatdan keçən 2000 nəfərdən çox insan iştirak edib. Əslində, bu rəqəmlər göstərir ki, ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilib.
Deputat bildirib ki, hazırda dünyanın bir sıra bölgələrində münaqişələr, dini dözümsüzlük, radikalizm mövcuddur. Bütün bunların yaranmasında səbəb dialoqun olmaması ilə yanaşı qarşılıqlı hörmətin olmamasıdır. Azərbaycan isə bütün mənalarda Şərq və Qərb arasında körpüdür və sivilizasiyalar arasında dialoqa böyük töhfələr verir. Bütövlükdə, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bəşəriyyət üçün aktual olan qlobal əhəmiyyətli məsələlər müzakirəyə çıxarılır, səmərəli müzakirələr – fikir mübadilələri aparılır. Qlobal miqyasda mühüm beynəlxalq tədbirlərdən biri olan bu Forum dünya ictimaiyyətinin diqqətinə mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq ənənələrinin təşviqi kimi məsələlərin çatdırılması baxımından xüsusi əhəmiyyətə malikdir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Qərblə İslam dünyası arasında mədəniyyətlərarası dialoqa mühüm töhfədir. Eyni zamanda, Forumda səsləndirilən fikirlər Azərbaycanın mədəniyyətlərarası dialoqda aparıcı dövlətlərdən biri olduğunu bir daha təsdiq edir.
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı







.jpg)














.jpg)














