Nida Xəbər
Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı
Xüsusilə külli miqdarda dələduzluqda və digər əməllərdə ittiham edilən “Azea Group” MMC-nin rəhbəri Elsevər Əliyevin həyat yoldaşı da cinayət məsuliyyətinə cəlb olunub.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, E.Əliyevlə birgə fəaliyyət göstərən həyat yoldaşı Ayçiçək Əliyeva polis əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 162.1.1 və 178.4-cü maddələrinə əsasən ittiham elan edilib.
A.Əliyevanın himayəsində azyaşlı övladının olması və ərinin xəstəliyi nəzərə alınaraq, istintaq müddəti üçün barəsində həbslə bağlı olmayan tədbir seçilib.
Qeyd edək ki, Bakıda evlərin tikintisi və təmiri ilə məşğul olan “Azea Group” MMC-nin dələduzluq ittihamı ilə saxlanılan rəhbəri Elsevər Əliyev də bir neçə gün əvvəl polis əməkdaşları tərəfindən saxlanılmışdı. Lakin daha sonra xəstəliyi ilə əlaqədar ev dustaqlığına buraxılmışdı.
Hər iki şəxs DİN-in Su Nəqliyyatında Polis İdarəsinin keçirdiyi müvafiq tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, daha əvvəl də adları çəkilən şəxslərlə bağlı araşdırma aparılıb. Sonra Bakı Şəhər Prokurorluğu işin materiallarının DİN-in Su Nəqliyyatında Polis İdarəsində araşdırılması barədə qərar verib. Hazırda idarənin Təhqiqat və istintaq şöbəsində araşdırmalar davam etdirilir.
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın







.jpg)













.jpg)














