Nida Xəbər
İnternet və elektriklə bağlı təhlükə - Telefonlarınızı hazır saxlayın!
Xəbər verdiyimiz kimi, ABŞ, Britaniya, Fransa, Almaniya, Yaponiya, Norveç, Estoniya, İsveçrə və digər bir neçə ölkədə əhaliyə fövqəladə vəziyyətlərə – müharibə, internet kəsintisi, böhran durumlarına hazırlıq görmələri ilə bağlı çağırış edilib. Hökumətlər xalqın bəzi ölkələrdə 3 gün, bəzilərində bir həftəlik böhran durumuna hazır olmaları üçün mesaj yayımlayıb.
Dünyanın bir sıra ölkələrində əhalinin fövqəladə vəziyyətlərə hazır olması ilə bağlı çağırışların tez-tez səsləndirilməsinin səbəbi nədir? Bu risklər Azərbaycan üçün də aktualdırmı?
Publika.az xəbər verir ki, Globalinfo.az-a danışan “ITStation” şirkətinin texnologiya direktoru Eşqin Nuruşovun sözlərinə görə, bu çağırışların tez-tez səsləndirilməsi dünyada geosiyasi gərginliklərin artması ilə yanaşı, rəqəmsal sistemlərdən asılılığın güclənməsi ilə də bağlıdır:
“Müasir dövrdə elektrik enerjisinin, internetin və mobil rabitənin uzun müddət kəsilməsi insanların gündəlik həyatına ciddi təsir göstərə bilər. Xüsusilə dövlət qurumları, banklar, xəstəxanalar və nəqliyyat sistemləri rəqəmsal infrastruktura bağlı olduğundan, kiberhücumlar böyük problemlər yaradır. Bundan başqa, təbii fəlakətlər, texniki qəzalar və enerji təchizatında yaranan fasilələr də əvvəlcədən hazırlıq görməyi zəruri edir. Buna görə bir çox ölkələr vətəndaşlara müəyyən müddət ərzində öz əsas ehtiyaclarını müstəqil şəkildə qarşılamaq üçün ehtiyat saxlamağı tövsiyə edir. Lakin bu çağırışların səsləndirilməsi mütləq müharibə və ya qlobal internetin tamamilə dayanacağı demək deyil”.
Ekspert bildirib ki, Azərbaycan da rəqəmsal təhlükəsizlik, enerji təchizatı və rabitə infrastrukturunun dayanıqlılığı baxımından bu riskləri nəzərə almalıdır:
“Bununla belə, hazırkı məlumatlar əsasında ölkədə mütləq böhran yaşanacağını söyləmək üçün əsas yoxdur. Əhalinin internet və elektrik kəsintilərinə, eləcə də digər fövqəladə hallara hazırlıqlı olması məqsədəuyğundur. Ən vacibi isə rəsmi xəbərdarlıqları izləmək, vacib sənədlərin elektron və kağız nüsxələrini saxlamaq, telefon üçün enerji ehtiyatı və bir neçə günlük zəruri ləvazimat hazırlamaqdır”.
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ






.jpg)

.jpg)










.jpg)














.jpg)