Bakıda "BMT İdarəetmə İnnovasiyaları Sammiti" keçiriləcək
Bizi izləyin

Nida Xəbər

Bakıda "BMT İdarəetmə İnnovasiyaları Sammiti" keçiriləcək

Bakıda "BMT İdarəetmə İnnovasiyaları Sammiti" keçiriləcək

​5-6 noyabr tarixlərində Bakıda “BMT (Birləşmiş Millətlər Təşkilatı) İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammit keçiriləcək.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, sammit BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin və ASAN xidmətin birgə təşkilatçılığı ilə baş tutacaq

"​Sammit 2024-cü ilin noyabr ayında Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində təşkil olunacaq. ​Dövlət idarəçiliyi sahəsində innovasiyalar, dövlət sektorunun transformasiyası, dövlət xidmətlərinin innovativ və inteqrasiya olunmuş qaydada göstərilməsi üçün çoxşaxəli yanaşmaların tətbiqi ilə bağlı Azərbaycanda həyata keçirilən islahatlar və “ASAN xidmət” ilə tanışlıq, habelə bu sahədə Cənub–Cənub, Şimal–Cənub və üçtərəfli əməkdaşlıq kimi mühüm mövzuların müzakirəsi nəzərdə tutulur", - o vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm