Nida Xəbər
Yeni ombudsman seçiləcək
Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları komitəsinin oktyabrın 30-da keçiriləcək iclasının gündəliyinə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsi daxil edilib.
Publika.az trend.az-a istinadla xəbər verir ki, gündəlikdə bir məsələ – Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi məsələsi yer alıb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın səlahiyyət müddəti 7 ildir .
Xatırladaq ki, Azərbaycanın hazırki ombudsmanı Səbinə Əliyeva 29 noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin irəli sürdüyü üç namizəd arasından Milli Məclis tərəfindən seçilib.
Ombudsman 7 il müddətinə seçilir və eyni şəxs bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz. Müvəkkilin səlahiyyət müddətinin başa çatmasına 30 gün qalmış Prezident yeni ombudsmanın seçilməsi üçün üç şəxsin namizədliyini Milli Məclisə təqdim edir. Parlament 15 gün müddətində yeni ombudsmanın seçilməsi ilə bağlı qərar qəbul edir.
Ombudsman siyasi fəaliyyətlə məşğul ola və hər hansı siyasi partiyanın üzvü ola bilməz. Həmçinin, o, qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz. Vəzifəyə seçildiyi gündən beş iş günü ərzində statusuna uyğun olmayan fəaliyyətini dayandırmalıdır. Ombudsman seçildiyi gün Milli Məclisin iclasında Konstitusiyaya və qanunlara əməl edəcəyinə, səlahiyyətlərini şərəf və ləyaqətlə yerinə yetirəcəyinə, müstəqil və qərəzsiz fəaliyyət göstərəcəyinə dair and içir.
Ombudsman vəzifəsinə yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəsi və yüksək əxlaqi keyfiyyətləri olan Azərbaycan vətəndaşı seçilə bilər. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəlik daşıyan, qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan, məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiqlənən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslər bu vəzifəyə seçilə bilməzlər.
-
Rəsmi xronika11:26İlham Əliyev Respublika Günü münasibətilə Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama








.jpg)


.jpg)







.jpg)
















.jpg)