Nida Xəbər
Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olundu - FOTO
Bakıda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşündə iştirak etmək məqsədilə Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Keniyanın Dövlət Prokurorluğunun direktoru Renson Mulele İnqonqa ölkəyə səfərə gəlib.
Bu barədə Publika.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, oktyabrın 29-da Baş prokuror Kamran Əliyev keniyalı həmkarının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Baş prokuror nümayəndə heyətini salamlayaraq, beynəlxalq tədbirdə iştiraklarına görə təşəkkürünü bildirərək, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, şəffaflığın artırılması və qanunun aliliyinin təmin olunması istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Baş prokuror Azərbaycan korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayaraq, bu sahədə hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsinin, korrupsiya hüquqpozmalarının qarşısının alınması və aşkar edilməsi üzrə fəaliyyətin gücləndirilməsinin əhəmiyyətini qeyd edib.
O, korrupsiyanın müxtəlif formalarda və transmilli xarakter daşımaqla təzahür etdiyi müasir şəraitdə bu cinayətlərə qarşı mübarizənin səmərəliliyinin artırılması üçün dövlətlər arasında əlaqələrin möhkəmləndirilməsinin, qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqinin vacibliyinə diqqət çəkib.
Görüşdə Azərbaycan ilə Keniya arasında əlaqələrin inkişafı, prokurorluq orqanları arasında hüquqi əməkdaşlığın genişləndirilməsi və 2024-cü ilin sentyabrında imzalanmış Anlaşma Memorandumunun icrası məsələləri müzakirə olunub. Baş prokuror iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın praktiki məzmununun zənginləşdirilməsinin, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.
Renson Mulele İnqonqa səmimi qəbula görə təşəkkürünü bildirərək, İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşünün yüksək səviyyədə təşkil olunmasını təqdir edib.
O, beynəlxalq və regional tədbirlər çərçivəsində, o cümlədən Beynəlxalq Prokurorlar Assosiasiyasının Afrika və Hind okeanı regionu üzrə məsələlərdə Azərbaycan Prokurorluğu tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını ifadə edərək, qurumlar arasında peşəkar əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi




































.jpg)
