Nida Xəbər
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.
Nazirlikdən Publika.az-a verilən məlumata görə, İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub.
Belə ki, 2020-ci ildə "GP Stock Feed" MMC-də satış üzrə mütəxəssis vəzifəsində çalışarkən müxtəlif vaxtlarda şirkətin kassasına ödənilməli olan ona etibar edilmiş ümumilikdə 78 000 manat məbləğində külli miqdarda pulu nağd şəkildə distribütorlardan götürüb şəxsi məqsədləri üçün istifadə etməklə mənimsəməkdə (Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi) ittiham olunan Azərbaycan Respublikasının vətəndaşı Abdulxalıqov Elçin Nüsrət oğlunun yeri Albaniya Respublikasında müəyyən olunub və o, həbs edilib.
Baş Prokurorluğun sorğusundan, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu da öz növbəsində dövlətimizin beynəlxalq aləmdə mövcud olan nüfuzunu və Albaniya Respublikasının ölkəmiz üçün etibarlı tərəfdaş olmasını bir daha təsdiq edir.
Abdulxalıqov Elçin Nüsrət oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Albaniya Respublikasından ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?


































.jpg)
