Nida Xəbər
Hikmət Hacıyev "X" hesabında Qarabağ müharibəsi ilə bağlı film paylaşdı - VİDEO
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalist Reza Deqatinin obyektivi ilə Qarabağ boyu müharibənin izlərinin araşdırılmasına həsr olunan sənədli filmi paylaşıb.
Publika.az xəbər verir ki, filmdə münaqişədən onilliklər sonra dağıdılmış binalar, zərər görmüş mədəni irs və keçmişin solmaqda olan izləri darmadağın olmuş həyatlara və unudulmamalı olan tarixlərə yer verilib.
"Yenidənqurma işləri bölgəyə yeni başlanğıclar gətirsə də, itkin düşənlərin taleyi onların ailələri üçün açıq bir yara olaraq qalır", - ekran əsərində bildirilib.
Qeyd olunub ki, keçmişin xarabalıqlarından hələ də gözləyənlərin səslərinə qədər, bu sənədli film dərin bir sual verir: "Müharibə həqiqətən nə vaxt bitir - və ailələr hələ də cavab axtardığı halda, onun hekayəsi nə vaxtsa tamamlana bilərmi?
Çünki bəzi hekayələr keçmişdə qala bilməz. Onlar yarımçıq qalır, yaddaş, həqiqət axtarışı və davamlı sülh ümidi ilə yaşadılır".
-
Magazin229 Oktyabr 23:40Paparazzilər məşhur cütlüyün əkizlərini görün harada yaxaladılar - FOTO
-
Hadisə29 Oktyabr 22:36“Uşağımı canlı verdim, ölü aldım” - Dayə haqda şok iddia / VİDEO
-
Art29 Oktyabr 22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 29 Oktyabr 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial29 Oktyabr 20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə29 Oktyabr 20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial29 Oktyabr 20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial29 Oktyabr 19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq


































.jpg)
.jpg)