Nida Xəbər
Əli Əsədov: Azərbaycan qazı artıq 16 ölkəyə ixrac olunur
Azərbaycan qazı artıq 16 ölkəyə ixrac olunur.
Publika.az xəbər verir ki, bunu Azərbaycan Baş naziri Əli Əsədov bu gün Tbilisidə keçirilən Azərbaycan-Gürcüstan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 11-ci iclasında bildirib.
O qeyd edib ki, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdiyi BTC və Cənub Qaz Dəhlizi kimi iri enerji layihələri regionun və Avropanın enerji təhlükəsizliyində, təchizat marşrutlarının şaxələndirilməsində mühüm rol oynayır.
Baş nazir bildirib ki, Azərbaycan qazı hazırda 16 ölkəyə ixrac olunur. O, elektrik enerjisi sahəsində də əməkdaşlığın uğurla davam etdiyini vurğulayıb.
Gürcüstanın enerji sistemində iyul ayında baş vermiş qəza zamanı Azərbaycanın qonşu ölkəyə operativ dəstək göstərdiyini, elektrik enerjisi sistemləri arasında güc mübadiləsinin artırıldığını diqqətə çatdırıb.
Ə.Əsədov yaşıl enerji sahəsində əməkdaşlığa da toxunaraq, ölkələrin Avropaya yaşıl enerji dəhlizinin yaradılması istiqamətində işlərə başladığını bildirib.
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi
-
Ekologiya09:24Günəşdə nəhəng şüa aşkarlandı: Yer üçün təhlükə var?
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı












.jpg)




















.jpg)
.jpg)