Nida Xəbər
Zabitlərin hərbi rütbəsi ilə bağlı yenilik
Milli Məclisin bugünkü plenar iclasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı komitə sədri, deputat Arzu Nağıyev çıxış edərək layihənin mahiyyəti barədə məlumat verib.
Publika.az xəbər verir ki, A.Nağıyev bildirib ki, qanun layihəsi hərbi qulluqçuların hərbi rütbələrdə olma müddətinin tənzimlənməsini təkmilləşdirmək, eyni zamanda zabitlərin əlavə ali təhsil almasını və elmi fəaliyyətini stimullaşdırmaq məqsədilə hazırlanıb. Yeni qaydalara əsasən, hərbi rütbədə olma müddətinin hesablanmasında zabitlərin magistratura, rezidentura və doktorantura təhsili, eləcə də elmi fəaliyyəti nəzərə alınacaq.
Komitə sədri vurğulayıb ki, layihə ilə rütbədəolma müddətinin hesablanması qaydaları yenilənir və xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün leytenant rütbəsində olma müddətinə dair yeni normativ tənzimləmə müəyyən edilir. O, sənədin müvafiq dövlət qurumlarının rəhbərləri ilə tam razılaşdırıldığını və müzakirələr zamanı parlamentarilərin irəli sürdüyü rəylərin nəzərə alındığını diqqətə çatdırıb.
Qanun layihəsi parlamentdəki səsvermə nəticəsində ikinci oxunuşda əsas kimi qəbul olunub.("Yeni Sabah")
-
İdman12:18Dünyanın ən seksual voleybolçusu pərəstişkarlarını bu FOTOLARLA valeh etdi
-
Region11:00Paşinyanın "qızıl nömrə" biznesi: Növbə olacağı gözlənilir
-
Nida Xəbər 10:30Leysan Məmmədov vəzifəsindən azad edildi
-
Ekologiya09:24Günəşdə nəhəng şüa aşkarlandı: Yer üçün təhlükə var?
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu






.jpg)




.jpg)


.jpg)


.jpg)















.jpg)
.jpg)
