Əli Əsədov bu dövlət qurumunda maaşları təsdiqlədi
Bizi izləyin

Nida Xəbər

Əli Əsədov bu dövlət qurumunda maaşları təsdiqlədi

Əli Əsədov bu dövlət qurumunda maaşları təsdiqlədi

Baş nazir Əli Əsədov qərar imzalayıb.

Publika.az xəbər verir ki, qərara əsasən, Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədqiqatlar və İnkişaf Mərkəzinin, Bitkiçilik Elmləri İnstitutunun, eləcə də Heyvandarlıq, Balıqçılıq və Baytarlıq Elmləri İnstitutunun strukturlarını, işçilərinin say həddini və əməkhaqlarının məbləğini təsdiq edib.

Baş nazir Əli Əsədovun imzaladığı qərar Nazirlər Kabinetinin rəsmi saytında dərc olunub.

Qərara əsasən, qeyd olunan qurumların vəzifə maaşları, vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlərin məbləğləri təsdiqlənib.

Sənədlə üç qurumun təşkilati strukturu və ştat sayı da müəyyənləşdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm