Nida Xəbər
Sadır Japarov Azərbaycana təşəkkür etdi
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib.
Publika.az Azərtac-a istinadən xəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşündə çıxış edən Qırğızıstan lideri, təşkilatdaki sədrlik missiyası uğurla yerinə yetirən Azərbaycanın töhfəsini yüksək qiymətləndirib.
Azərbaycanın səylərini vurğulayan Sadır Japarov bildirib ki, rəsmi Bakının sədrliyi dövründə təşkilat daxilində əməkdaşlığın inkişafına və birgə təşəbbüslərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verilib.
Türk Dövlətləri Təşkilatı ölkələri arasında birgə fəaliyyətin zəruriliyini qeyd edən S.Japarov vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının əhəmiyyəti artır. Qırğızıstan Prezidenti nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməli olduğunu da bildirib. Onun sözlərinə görə, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhlizə birləşdirilməsi türk dövlətlərinin tranzit potensialının artırılması baxımından böyük əhəmiyyət kəsb edir.
S.Japarov sonda TDT-nin növbəti qeyri-rəsmi zirvə görüşünün 5-6 avqust 2027-ci il tarixlərində Qırğızıstanda keçirilməsini təklif edib: “Bu görüş əməkdaşlığımızı dərinləşdirmək və birgə layihələrimizi müzakirə etmək üçün yeni imkanlar yaradacaq”.
-
Nəqliyyat20:48Azərbaycanda qəza riski yüksək olan yolların xəritəsi hazırlanır - Sürücüləri nə gözləyir?
-
Avropa19:10Yarım milyon insan küçələrə axışa bilər - Fransada etiraz dalğası böyüyür
-
Nida Xəbər 18:40Azərbaycanda daha bir cərimənin məbləği azaldılır
-
Nida Xəbər 16:30Özbəkistan Prezidenti İlham Əliyevə təşəkkür etdi
-
MDB16:10Kiçik Ermənistan üçün çox deyil? - ABŞ səfirliyinin heyəti Moskvanı heyrətləndirib
-
MDB14:52Onlar Zelenskinin istəyini Putinə çatdırdılar: Bu məsələni təkbətək görüşdə həll edək
-
Nida Xəbər 13:30Əli Əsədov qərar imzaladı
-
Nida Xəbər 12:27Bu şəxslər hərbi çağırışdan azad ediləcək












.jpg)
























.jpg)
.jpg)