Nida Xəbər
Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - Yoxlamalar başladı
Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) üzvlüyündən çıxarılması ilə bağlı qərarlardan sonra onun adına nəşr edilmiş əsərlərin elmi məzmunu, müəllifliyi və tədrisdə istifadəsi də araşdırma mövzusuna çevriləcək.
Publika.az Modern.az-a istinadla xəbər verir ki, Mehdiyevin əsərlərinin elmi ekspertizadan keçirilməsi və tədris materialı kimi istifadəsinə yenidən baxılması nəzərdə tutulur. Araşdırma çərçivəsində onun adına çap olunan elmi işlərin başqa şəxslər tərəfindən hazırlanması ilə bağlı iddiaların, əsərlərin yazılma prosesinin və həmin nəşrlərə edilən elmi istinadların da yoxlanılması gözlənilir.

Kitabların müəllifliyi necə müəyyənləşdirilə bilər?
Araşdırmanın mühüm istiqamətlərindən biri Mehdiyevin adına nəşr edilmiş kitab və məqalələrin hazırlanmasında digər şəxslərin mümkün iştirakının müəyyənləşdirilməsidir.
Bu zaman müəllifliklə elmi redaktorluq, tərcüməçilik, məsləhətçilik və texniki hazırlıq arasındakı fərqlər aydınlaşdırılacaq.
Bu baxımdan ilkin əlyazmaların, mətnlərin müxtəlif variantlarının, nəşriyyat sənədlərinin və redaktə materiallarının mövcudluğu əhəmiyyət daşıya bilər. Əsərlərin hazırlanmasında iştirak etmiş şəxslərin izahatları da müəlliflik məsələsinin aydınlaşdırılmasına kömək edə bilər.

Elmi istinadlar da diqqət mərkəzində olacaq
Məlumata görə, Mehdiyevin əsərlərinə edilmiş istinadların araşdırılması da nəzərdə tutulur. Bu istiqamətdə əsas məsələ istinadların sayını müəyyənləşdirmək deyil, onların elmi mətnlərdə hansı məqsədlə və nə dərəcədə əsaslı şəkildə istifadə olunduğunu qiymətləndirməkdir.
Araşdırma zamanı dissertasiyalarda, monoqrafiyalarda, dərsliklərdə və elmi məqalələrdə Mehdiyevin əsərlərinə edilən istinadların məzmunu nəzərdən keçiriləcək. Həmin istinadların tədqiqatların elmi əsaslandırılmasına töhfə verib-vermədiyi, yoxsa yalnız formal xarakter daşıdığı ayrıca qiymətləndiriləcək.

Ramiz Mehdiyevin kitablarının hansı universitetlərdə proqrama salındığı yoxlanılacaq
Mehdiyevin adına nəşr edilmiş əsərlərin tədris materialı kimi istifadəsinə yenidən baxılması və tələbələrə təqdim olunan ədəbiyyatın keyfiyyətinin yoxlanılması da nəzərdə tutulur.
Bu mərhələdə hansı kitabların universitetlərin fənn proqramlarında, sillabuslarında və tövsiyə olunan ədəbiyyat siyahılarında yer aldığının müəyyənləşdirilməsi gözlənilir.
Bundan başqa, Ramiz Mehdiyevin kitablarının bütün kitabxanaların fondlarından çıxarılması da nəzərdə tutulan addımlar sırasındadır. Bu tədbirin onun əsərlərinin elmi ekspertizadan keçirilməsi və tədrisdə istifadəsinə yenidən baxılması ilə yanaşı həyata keçirilməsi gözlənilir.

Xatırladaq ki, Ramiz Mehdiyevə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, dövlətə xəyanət, habelə hakimiyyəti zorla ələ keçirməyə və ya dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddələri ilə ittiham irəli sürülüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2026-cı il tarixli hökmü ilə o, 14 il müddətinə azadlıqdan məhrum edilib. Yaşı və sağlamlıq vəziyyəti nəzərə alınaraq cəzasının şərti tətbiqinə qərar verilib. Hökmə əsasən, əmlakının müsadirə edilərək dövlət nəfinə keçirilməsi, həmçinin dövlət təltiflərindən məhrum edilməsi məsələsinə baxılması üçün təqdimat göndərilməsi də nəzərdə tutulub.
-
Sosial19:12Kəmaləddin Heydərov polkovniki işdən azad etdi
-
Avropa17:11Fransada yaşayış yeri böhranı: 927 evsiz həyatını itirib
-
Nida Xəbər 16:50XİN: Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq
-
Yaxın Şərq16:05Xamenei: Müharibənin bitməsinin şərtlərini Tehran müəyyən edəcək!
-
Nəqliyyat15:20Moskva-Bakı marşrutu üzrə kruiz gəmisi istifadəyə verilir
-
Yaxın Şərq14:35ABŞ balıqçı gəmilərini vurdu? - 2 nəfər itkin düşüb, 1 yaralı var
-
Səhiyyə14:18Əhliman Əmiraslanov: Növbə gözləyən xəstələrin sayı kifayət qədər çoxdur!
-
Yaxın Şərq13:33Xarici işlər nazirindən İran xəbərdarlığı: İkinci raund daha dağıdıcı olacaq!











.jpg)
























.jpg)
.jpg)
