Nida Xəbər
Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
Ermənistan hakimiyyəti yeni Konstitusiya layihəsini noyabr ayında dərc etməyi planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 2-də parlamentin daimi komitələrinin birgə iclasında 2027-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
“Yeni Konstitusiyanın layihəsini dərc edəcəyik, ictimai müzakirələr başlayacaq, təkliflər təqdim olunacaq və nəzərdən keçiriləcək. Bu proses yeni Konstitusiya layihəsinin ictimaiyyətimiz tərəfindən kifayət qədər müzakirə olunduğundan əmin olana qədər davam edəcək”, - deyə Paşinyan əmin edib.
Baş nazir qeyd edib ki, hökumətin qarşıda duran ən vacib vəzifələrindən biri Azərbaycanla sülh müqaviləsinin imzalanması və təsdiqlənməsidir. Bu kontekstdə müxalifət yeni Konstitusiyanın qəbul edilməsinin müqavilənin imzalanmasına və hərtərəfli sülhün bərqərar olmasına zəmanət verib-verməməsi məsələsini qaldırır.
"Yaxın gələcəkdə səylərimiz bu suallara cavab verməyə yönələcək. Əgər Ermənistanın hakim çoxluğu bu suala aydın və müsbət cavab verərsə və sonrakı suallara inandırıcı şəkildə cavab verərsə, onda əminliyimi bildirim: əgər bu cür müsbət cavablarla yeni Konstitusiyanın qəbul edilməsi prosesinə başlasaq, Ermənistan Respublikası vətəndaşlarının böyük əksəriyyəti seçki məntəqələrinə gedib "hə" deyəcək.
Əgər müsbət cavablar alsaq və parlament müxalifəti buna qarşı səs verərsə, bu, müxalifətin Azərbaycanla sülhə qarşı çıxması deməkdir. Belə bir halda, şübhəsiz ki, müxalifətə ictimai təzyiq göstəriləcək. Və inanıram ki, Ermənistanda hakim çoxluq bu təzyiqə rəhbərlik etməli olacaq", - Baş nazir qeyd edib.
Xatırladaq ki, 8 avqust 2025-ci ildə Ermənistan və Azərbaycan sülh müqaviləsini paraflayıblar. Onun imzalanması üçün ilkin şərt kimi rəsmi Bakı Ermənistan Konstitusiyasına düzəlişlər edilməsini tələb edir.
Müəllif: Tural
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi

















.jpg)

















.jpg)
.jpg)
