Yasamalın icra başçısı şəhidin məzarını ziyarət etdi - FOTOLAR
Bizi izləyin

Nida Xəbər

Yasamalın icra başçısı şəhidin məzarını ziyarət etdi - FOTOLAR

Yasamalın icra başçısı şəhidin məzarını ziyarət etdi - FOTOLAR

Hərbi Memorial Məzarlıqda Vətən müharibəsi şəhidi əsgər Ramazanlı İlqar Etibar oğlunun anım mərasimi keçirilib.

Publika.az xəbər verir ki, mərasimdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədov, şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar şəhidin məzarı önünə gül dəstələri qoyaraq əziz xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

1994-cü il noyabrın 2-də Bakı şəhərində anadan olan İlqar Ramazanlı Yasamal rayonunda yerləşən 159 nömrəli tam orta məktəbdə təhsil alıb. 2020-ci ildə Vətən müharibəsi başlayanda könüllü olaraq cəbhəyə yollanıb. Füzuli, Xocavənd və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edərək torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərib. Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

İlqar Ramazanlı göstərdiyi igidlik və şücaətə görə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları və 3–cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

  • Yasamalın icra başçısı şəhidin məzarını ziyarət edib - FOTOLAR

Oxumağa davam et
Reklam
Reklam

Gündəm