Nida Xəbər
Azərbaycan-Ermənistan sərhədinin bu hissəsində təcili demarkasiya prosesi başlaya bilər
Ermənistan və Azərbaycan arasında sərhəd demarkasiyası prosesində yeni bir mərhələ başlaya bilər, bu dəfə Sünik bölgəsində.
Publika.az xəbər verir ki, söhbət TRIPP layihəsinin infrastrukturunun tikintisi üçün nəzərdə tutulan ərazilərdən gedir.
Bunu Ermənistan Baş nazirin müavini Mqer Qriqoryan jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, layihənin həyata keçirilməsi zərurəti səbəbindən həmin hissədə demarkasiya işlərinin təcili olaraq həyata keçirilməsi ehtimalı var.
Qriqoryan qeyd edib ki, Ermənistan tərəfi layihələndirmə işlərinə mümkün qədər tez başlamaq istəyir ki, bu da üç əsas infrastrukturun - elektrik xətlərinin, avtomobil yolunun və dəmir yolunun tikintisi ilə bağlıdır.
Baş nazirin müavininin sözlərinə görə, planlaşdırılan hər üç infrastruktur Sünik bölgəsindən keçəcək və bu da sərhəd demarkasiyası işlərinin sürətləndirilməsi zərurətini yaradır.
Müəllif: Tural
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



















.jpg)
















.jpg)
.jpg)
