Nida Xəbər
Deputat: Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir
“Çin Xalq Respublikası ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Bu gün Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli dostluq münasibətləri mövcuddur. Azərbaycanla Çin arasında münasibətlər qədim İpək yolu vasitəsilə başlayıb və bu əlaqələr bu günədək davamlı inkişaf edir. İki xalq arasında tarixi və mədəni əlaqələrin təməli, qədim dövrlərə gedib çıxsa da, müstəqillik illərində bu münasibətlər daha da möhkəmlənib və hər iki ölkənin rifahı naminə müxtəlif sahələrdə inkişaf edib”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir və Çinlə nəqliyyat-logistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq qurub. Ölkəmiz bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirib və “Bir kəmər, bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi – Orta Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti 1 aydan 12 günə qədər azalıb. Çindən göndərilən yüklərin Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılması isə ümumilikdə cəmi 18 günə baş verir.
Millət vəkilinin sözlərinə görə, ölkələrimiz arasında iqtisadi-ticari əlaqələr də davamlı inkişaf edir. Belə ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 3,459 milyard ABŞ dolları təşkil edib. Bu, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə 59,4 milyon ABŞ dolları və ya 1,7 faiz çoxdur. Bu dövrdə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9,30 faizi həcmində olub. Bununla da Çin Azərbaycanın ən çox ticarət əməliyyatı apardığı ölkələr sırasında 4-cü pillədə qərarlaşıb. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan Çinə 83,708 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,055 milyon ABŞ dolları və ya təqribən 18,5 faiz çoxdur. Azərbaycan Çindən 3,376 milyard ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 46,3 milyon ABŞ dolları və ya 1,4 faiz artım deməkdir. Bununla da Çin Azərbaycanın ən çox idxal əməliyyatları etdiyi ölkələr siyahısında ilk pillədə qərarlaşıb.
Samir Vəliyev xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Çinə ötən ilin aprelindəki dövlət səfəri zamanı hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat başda olmaqla əməkdaşlığa dair 20 sənəd imzalanıb. Həmin sənədlər iqtisadi-ticari, enerji, o cümlədən yaşıl enerji, nəqliyyat, elm və təhsil, mədəniyyət, media və digər sahələri əhatə edir. Sözügedən sənədlər və ümumilikdə tərəflərin münasibətləri daha da irəli aparmaq istiqamətindəki fəaliyyəti sayəsində iqtisadi-ticari əməkdaşlıq genişlənib. Çin şirkətləri Azərbaycana, xüsusən də yaşıl enerji sahəsində fəal şəkildə investisiya qoymağa başlayıb. Bura elektrik, Günəş, külək stansiyalarının tikintisi, elektrik avtobuslarının istehsalı daxildir.
“Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanla Çin arasında digər sahələrlə yanaşı iqtisadi-ticari əlaqələr də yüksələn xətlə inkişaf edir” – deyə, Samir Vəliyev vurğulayıb.
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur



































.jpg)
.jpg)

