Nida Xəbər
Azərbaycanla ABŞ hərbi təhsil sahəsində əməkdaşlığı müzakirə etdi
Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülovun rəhbərlik etdiyi nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına (ABŞ) səfər edib.
Publika.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində nümayəndə heyəti ABŞ Milli Müdafiə Universitetində (National Defense University - NDU) və Yaxın Şərq - Cənubi Asiya Strateji Araşdırmalar Mərkəzində (Near East South Asia Center for Strategic Studies - NESA) olub.
Keçirilən görüşlərdə hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, peşəkar hərbi təhsilin müasir çağırışlara uyğunlaşdırılması, strateji liderlik və müdafiə sahəsində insan kapitalının inkişafı məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
General-mayor G.Əbdülov MMU-da həyata keçirilən islahatlar, o cümlədən səriştəəsaslı təhsil modelinin tətbiqi, müasir zabit hazırlığı sisteminin təkmilləşdirilməsi, xidmətboyu təhsil konsepsiyası və hərbi təhsilin beynəlxalq təcrübə əsasında inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.
Görüşlər zamanı tərəflər birgə akademik təşəbbüsləri, o cümlədən professor-müəllim heyətinin peşəkar inkişafı və mübadiləsi məsələlərini nəzərdən keçiriblər.
Həmçinin, akademik kursların kurikulumlarının təhlili və peşəkar çavuş sisteminin inkişaf etdirilməsi diqqət mərkəzində olub.
Görüşdə süni intellekt vasitəsilə hərb oyunlarının hazırlanması və digər maraq doğuran məsələlər üzrə qarşılıqlı əməkdaşlıq imkanları geniş müzakirə edilib.
Yekunda nəzərdə tutulan fəaliyyətlərin icrası barədə razılıq əldə olunub.
Qeyd edək ki, bu cür görüşlər peşəkar hərbi təhsil sahəsində beynəlxalq tərəfdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübələrin öyrənilməsi baxımından yüksək əhəmiyyət daşıyır.
-
ABŞ19:00ABŞ-da Hellouin dəhşəti: onlarla insan güllələndi
-
Hadisə18:5017 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
-
Hadisə18:40Şəkidəki kanat faciəsinə görə iki nəfər həbs olundu
-
Nida Təhlil 16:36Əli Kərimlinin övladları və erməni lobbisi: Şəxsi ambisiyalar naminə milli maraqların satılması
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...


































.jpg)
.jpg)

