Nida Xəbər
Zakir Həsənov generallarla birgə təlimi izlədi - FOTO
2026-cı ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda kompüter dəstəkli komanda-qərargah təlimi keçirilir.
Publika.az xəbər verir ki, Müdafiə Nazirliyinin baş idarə və idarələri, eləcə də qoşun və qüvvə növləri, Əlahiddə Ümumqoşun Ordunun qərargahlarının cəlb olunması ilə keçirilən məşqin planına əsasən, hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunur.
Noyabrın 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov qərargahların məruzələrini videobağlantı formatında dinləyib.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun fəaliyyətindən razılığını bildirib və Ordu qarşısında qoyulan tapşırıqları çatdırıb.
Müasir hərbi təhdidlərə qarşı döyüş təcrübəsi nəzərə alınaraq keçirilən kompüter dəstəkli komanda-qərargah təliminin məqsədi komandir heyətinin hərbi qərar qəbuletmə bacarıqlarının daha da təkmilləşdirilməsi, həmçinin bölmələrin imkan və qabiliyyətlərinin simulyatorlar üzərində məşq etdirilməsidir.
-
Nida Xəbər 12:19Bu şəxslərə ev təklif ediləcək - Deputat
-
Nida Xəbər 12:13Səbinə Əliyeva yenidən ombudsman seçildi
-
Region11:30Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Hansı nazirliyə nə qədər ayrılacaq?
-
Rəsmi xronika11:28İlham Əliyev Keniyanın Azərbaycandakı yeni səfirini qəbul etdi - FOTO
-
ABŞ09:45Yadplanetlilərin yeri bəlli oldu - ABŞ admiralından sensasion iddia: Orada axtarın
-
Region07:55ABŞ qırıcısı Qeşm adasında İranın zenit qurğusunu məhv etdi - Yeniləndi
-
Region04:30Əraqçi belə Xamenei ilə görüşə bilmir: Yeri sirr kimi saxlanılır
-
Qoroskop00:27Günün ulduz falı: Maliyyə vəziyyətiniz yaxşılaşacaq








.webp)






















.jpg)


