Rüfət Seyidov vəzifəsindən ayrıldı
Bizi izləyin

Nida Xəbər

Rüfət Seyidov vəzifəsindən ayrıldı

Rüfət Seyidov vəzifəsindən ayrıldı

Tanınmış teleaparıcı Rüfət Seyidov Azərbaycan Televiziyasının (AzTV) İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin rəisi vəzifəsindən ayrılıb.

Publika.az xəbər verir ki, Rüfət Seyidov bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Rüfət Seyidov AzTV-dəki fəaliyyətinin ona çox şey öyrətdiyini vurğulayıb:

“Bu ailənin bir üzvü olmaq mənim üçün çox xoş idi. Komandama uğurlar arzulayıram. Çünki onlar hər şeyin ən yaxşısına layiqdirlər. Uğur olsun AzTV. Yanımda olanlar, dəyərinizin fərqindəyəm. Hələlik”.

Qeyd edək ki, 2023-cü ildə tanınmış teleaparıcı Rüfət Seyidovun AzTV-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsinin rəisi və mətbuat katibi vəzifəsinə təyin edilib.("Yeni Sabah")

Oxumağa davam et
Reklam
Reklam

Gündəm