"Azərbaycan Biznesinin İnkişafı Fondu"nun kredit portfeli təsdiqləndi
Bizi izləyin

Nida Xəbər

"Azərbaycan Biznesinin İnkişafı Fondu"nun kredit portfeli təsdiqləndi

"Azərbaycan Biznesinin İnkişafı Fondu"nun kredit portfeli təsdiqləndi

Nazirlər Kabineti İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC tərəfindən həyata keçirilən zəmanət mexanizmi çərçivəsində sahibkarlıq subyektlərinə veriləcək kreditlər üzrə ümumi kredit portfelinin həcminin və həmin portfel üzrə dövlət zəmanəti ilə təmin ediləcək məbləğin yuxarı həddini təsdiq edib.

Publika.az xəbər verir ki, bununla bağlı baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb.

Fərmana əsasən, işğaldan azad edilmiş ərazilər, habelə Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, digər ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə pilot layihə kimi 2030-cu il dekabrın 31-nə qədər tətbiq olunacaq ümumi kredit portfeli 500 milyon manat və həmin portfel üzrə dövlət zəmanəti ilə təmin ediləcək məbləğin yuxarı həddi 250 milyon manat müəyyən edilib.

İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyinə sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm