Nida Xəbər
Mehdiyevin çevriliş planını Rusiyaya o çatdırırmış - FOTO
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə şərti azadlıqdan məhrum edilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən “Şərq-Qərb” nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb.
Publika.az Gununsesi.info-ya istinadla xəbər verir ki, sabiq PA rəhbəri yazdıqlarını Rusiyanın yüksək vəzifəli şəxslərinə Sevil İsmayılova vasitəsilə çatdırırmış.
İş materiallarında görünür ki, Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyasına dair təklifləri əks etdirən sənəd çapı və Rusiya tərəfinə çatdırılması prosesində Sevil İsmayılovanın adı xüsusi olaraq çəkilir.
Ramiz Mehdiyev ifadəsində bildirib ki, hazırladığı əlyazmada Azərbaycanın son beş ildə üzləşdiyi siyasi və idarəetmə problemləri, ölkədə yaranmış vəziyyət və gələcək perspektivlər əksini tapıb.
İstintaq materiallarında onun ifadəsində aşağıdakı məqam yer alıb:
“Əlyazmanın məzmunu xatirimdədir, əlyazmanı şəxsən özüm təxminən avqust ayından bir ay öncədən hazırlamağa başlamışam. Əlyazmanın çapını Sevil İsmayılovaya həvalə etdim”.
Mehdiyev deyib ki, sənədin əsas ünvanı isə Rusiyanın Xarici Kəşfiyyat Xidməti olub.
İş materiallarına əsasən, Sevil İsmayılovaya Sergey Narışkinin müavini Rəşad Kurbanov vasitəsilə həmin əlyazmanı ona çatdırmaq tapşırılıb.
Bununla yanaşı, sənədin Rusiyanın digər yüksək vəzifəli şəxslərinə də göndərilməsi nəzərdə tutulub.
Bundan başqa iş materiallarında Ramiz Mehdiyevlə Sevil İsmayılova arasında baş tutmuş telefon danışığının da təfərrüatı əksini tapıb. Sənəddə göstərilir ki, həmin danışıq zamanı Ramiz Mehdiyev hazırladığı “Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyası üzrə təklif” adlı sənədin Rəşad Kurbanova göndərilməsini istəyib.
Danışıq zamanı sənədin iki nüsxədə hazırlanması məsələsi də müzakirə olunub.
İstintaq materiallarında Sevil İsmayılovanın telefon danışığı zamanı işlətdiyi bu ifadə diqqət çəkir:
“Mən ona dedim ki, iki nüsxədə olacaq, biri bir nəfərə, digəri başqa nəfərə”.
-
Qoroskop14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri
-
Avropa13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Rəsmi xronika12:34Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzinə getdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir
















.jpg)


.jpg)
















