Nida Xəbər
Kəmaləddin Heydərov Rusiyanın fövqəladə hallar naziri ilə görüşdü - VİDEO
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Bakıda keçirilən yanğın və xilasetmə idmanı üzrə kişilər arasında XXI, qadınlar arasında XII dünya çempionatı ilə əlaqədar Azərbaycanda səfərdə olan Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-polkovnik Aleksandr Kurenkovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
FHN-dən Publika.az-a verilən məlumata görə, nazir Kəmaləddin Heydərov qonaqları səmimi salamlayaraq dünya çempionatında iştiraklarına görə təşəkkür edib, bu mötəbər beynəlxalq idman tədbirinin ölkəmizdə keçirilməsinin əhəmiyyətini vurğulayıb, yarışın Yanğınsöndürənlərin və Xilasedicilərin Beynəlxalq İdman Federasiyasına üzv ölkələrin xilasediciləri arasında peşəkar əlaqələrin möhkəmləndirilməsinə, təcrübə mübadiləsinə və yanğın-xilasetmə idmanının inkişafına təkan verəcəyinə inandığını bildirib.
Azərbaycanla Rusiya arasındakı çoxşaxəli münasibətlərin yüksələn xətlə inkişafına toxunan nazir, bu çərçivədə iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumlarının uğurla əməkdaşlıq etdiklərini qeyd edib. Fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, o cümlədən peşəkar kadr hazırlığı, elmi-metodiki əməkdaşlıq, operativ informasiya mübadiləsi və digər istiqamətlərdə uğurlu əməkdaşlıqdan danışan nazir, bu səfərin əlaqələrin genişləndirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Bu mənada görüş çərçivəsində imzalanan Birgə Tədbirlər Planının qarşılıqlı faydalı əlaqələrin inkişafı və müxtəlif sahələrdə təcrübə mübadiləsinin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri Aleksandr Kurenkov səmimi görüşə görə təşəkkürünü bildirərək, Bakıda yanğın və xilasetmə idmanı üzrə dünya çempionatının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
A.Kurenkov Azərbaycan və Rusiya arasında olan sıx əməkdaşlıq və qarşılıqlı etimad çərçivəsində iki nazirlik arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edib, səfər əsnasında aparılan danışıqların və fikir mübadiləsinin, habelə imzalanan Birgə Tədbirlər Planının əməkdaşlığın genişləndirilməsinə və yeni birgə təşəbbüslərin həyata keçirilməsinə əlavə təkan verəcəyinə əminlik ifadə edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sonra “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi arasında 2027-2029-cu illər üçün Birgə Tədbirlər Planı” imzalanıb. Sənədi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Rusiya Federasiyasının mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə naziri general-polkovnik Aleksandr Kurenkov imzalayıblar.
-
Qoroskop14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri
-
Avropa13:22“Ayaz bəy” batdı – 4 dənizçi gəmini tərk etməkdən imtina etdi
-
Rəsmi xronika12:34Prezident xanımı və qızı ilə Bakı Ekspo Mərkəzinə getdi
-
Sosial12:16Yeni doğulan uşağa görə ailələrə 1500 manat veriləcək
-
Ekologiya10:4280 alimin hesabatı yayıldı: Yeri fəlakət gözləyir, qarşısını almaq mümkün olmayacaq
-
Nida Xəbər 10:30Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi - FOTO
-
Dünya10:06Nostradamusun 2027-ci il üçün qorxunc proqnozu: Qlobal fəlakət, maliyyə böhranı...
-
Səhiyyə08:12Ürək tutmasına bənzəyən sindrom - Ürək “qırıla” bilir

















.jpg)


.jpg)















