Nida Xəbər
Mirzoyan bəyan etdi: Türkiyə ilə birbaşa ticarət başlayıb, tezliklə Azərbaycanla da...
Ermənistan və Türkiyə arasında birbaşa ticarət başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan parlament komitələrində 2027-ci il dövlət büdcəsi layihəsinin müzakirələri zamanı bildirib.
Əlbəttə ki, fiziki olaraq iki ölkə arasında mallar üçüncü ölkələrdən (əsasən Gürcüstandan) daşınmağa davam edir. Nazir əlavə edib ki, əvvəllər bu ticarət texniki cəhətdən və gömrükdə üçüncü ölkələrdən keçirilirdisə, indi birbaşa rəsmiləşdirilir.
“Sərhəd məsələsinə gəldikdə, dəfələrlə qeyd etdiyim kimi, proses o qədər inkişaf edib ki, istənilən vaxt sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması ilə irəliləyə bilərik", - Mirzoyan deyib.
O əlavə edib ki, Azərbaycanla mövcud sülhün möhkəmləndirilməsi səyləri davam edir, o cümlədən ikitərəfli ticarət və ərazinin malların tranziti üçün açılması. Ermənistan xarici işlər naziri əmin olduğunu bildirib ki, TRIPP marşrutunun açılması ilə Azərbaycan yükləri də Ermənistan ərazisindən tranzitlə keçməyə başlayacaq.
Müəllif: Tural
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı
-
Nida Xəbər 10:06Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
-
Dünya09:30Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər
-
Region08:49Nüvə müharibəsi ilə bağlı təcili xəbərdarlıq - 24 saat ərzində…
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı







.jpg)







.jpg)









.jpg)








