Nida Xəbər
Sabiq məmur qohumu olan qardaşların dələduzluq əməlləri: Vəzifəli şəxslərlə əlaqə, böyük qazanc vədi… - TƏFƏRRÜAT
Bakıda vəzifəli şəxslərin adından istifadə edərək çoxsaylı dələduzluq cinayətləri törətməkdə təqsirli bilinən Rahib Hüseynov və onun qardaşı Emin Hüseynovun cinayət işi üzrə məhkəmə başlayıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə prokuror Cövdət Mehrəliyev ittiham aktını elan edilib.
Sənəddən məlum olub ki, Rahib Hüseynov zərərçəkmişlərə rəhbər şəxslərlə geniş işgüzar və fərdi əlaqələrinin olması barədə yalan vədlər verib, onlara qarşı dələduzluq edib. Bu əməllərin bəzilərini o, qardaşı Emin Hüseynovla birlikdə törədib.
İttihama görə, Rahib Hüseynov tanışı Elşən Cəfərovun vasitəsi ilə tanıdığı Zahid Rüstəmovun əmlakını ələ keçirmiş Elşənin yerini müəyyən edib, sonra Zahidə əmlakını geri alacağına dair yalan vəd verib. Məsələnin həlli üçün 2022-ci ilin oktyabr ayının əvvəllərində Rüstəmovun Yasamaldakı evinin yaxınlığında 10 min manat, oktyabr ayının sonlarında isə qalan məbləği almaqla ümumilikdə 35 min 503 manat pulunu alıb.
Rahib Hüseynov tanışı Sabir Cəfərovun pula ehtiyacı olduğunu və lombarda qızıl qoymaqla pul götürmək fikrinə düşdüyünü bilib. O, Cəfərova qızıl əşyalarına görə lombarddan daha çox pul verilməsinə kömək edəcəyi vədini verib və 2022-ci ilin sentyabr ayında metronun "Memar Əcəmi" satansiyası yaxınlığında ondan 1500 manat alıb.
Ardınca Sabirin iş axtardığını öyrənən Rahib ona Quba rayonunda mehmanxanası olduğunu, əvvəlcədən 1000 manat verəcəyi halda mehmanxanada ona aylıq maaşı 800-1000 manata işə düzəldəcəyini söyləyib. Bu adla metronun Elmlər Akademiyasının yaxınlığında istədiyi məbləği Sabirdən almağa nail olub.
Bundan sonra o, Sabir Cəfərovun 2023-cü ilin ali təhsil müəssisələrinə az bal toplamış övladı Yusifin 5 min manat müqabilində Odlar Yurdu Universitetinə qəbul etdirəcəyi vədi ilə pulun yarısını verməli olduğuna onu inandırıb.
Rahib həmin universitetdə rektor işləyən tanışına verəcəyi adı ilə ondan 2500 manat alıb.
Daha sonra Sabir Cəfərovun yenidən pula ehtiyacı olduğunu və bankdan kredit şərtləri ilə pul götürmək istədiyini bilib, banklardan birindən 15000 manat pul götürməsinə kömək edəcəyi barədə yalan vəd verib, Nizami Rayon İcra Hakimiyyətinin qarşısında ondan 3500 manat pul alıb.
Bundan əlavə, Rahib Hüseynov qardaşı Emin Hüseynovu Sabir Cəfərovun yanına göndərib, 30000 manat verəcəyi təqdirdə Qarabağ ərazisində tikinti işləri aparacaqlarını, bununla xeyir əldə edəcəklərini vədini çatdırıb, ondan qardaşı vasitəsi ilə 25000 manat alıb.
Rahib Hüseynov rəhbər vəzifəli şəxslərlə işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə daha bir yalanı Zahid Rüstəmova söyləyib. Onun etibarını qazanıb, bitki mənşəli qidaları Azərbaycandan aparıb Rusiya Federasiyasında satacağını, Qarabağ zonasında tikinti işləri üçün Bakı şəhərindən armatur alaraq baha qiymətə verəcvəklərini bildirib. Beləliklə, Rüstəmovu aldadaraq qardaşı Emin vasitəsi ilə 2023-cü ilin sentyabr-oktyabr ayları ərzində ondan ümumilikdə 87000 manat alıb.
İstintaq sənədlərinə görə, Rahib Emma Ələkbərovanın Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə təqsirli bilinərək 11 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən oğlu Şamxal Rəsulovu azadlığa buraxdıracağı vədilə 2023-cü ilin may ayının sonlarında qadının 4000 manatını ələ keçirib.
Həmçinin İradə Mustafayevanın qızı Gültac Əlizadəni Bakı şəhərində yerləşən “Alov” şirkətində işə düzələcəyinə dair yalan vəd verib və ondan 9000 manat alıb.
Təqsirləndirilən şəxs Arzu Məmmədovanın yaşadığı Masazır qəsəbəsindəki evinin torpaq sahəsinə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystrindən çıxarış alacağı vədi ilə ondan 13000 manat pul alıb.
Bundan əlavə o, Əzimə Rzayevaya özünü iş adamı kimi təqdim edib, şirkəti olduğunu, həmin şirkət vasitəsilə şərikli biznes işləri ilə məşğul olaraq yaxşı qazanc əldə edəcəklərinə dair yalan vəd verib. Rzayevadan 2025-ci ilin may və iyun ayları ərzində ümumilikdə 89000 manat almağa nail olub.
Rahib və Emin Hüseynov qardaşları barəsində Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
İttihama münasibət bildirən Rahib Hüseynov özünü qismən, Emin Hüseynov isə təqsirli bilməyib.
Növbəti proses dekabrın 2-də davam edəcək.
Qeyd edək ki, Rahib Hüseynov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sabiq sədr müavini Əvəz Qocayevin kürəkənidir.
Rahib Hüseynov və Emin Hüseynov bundan əvvəl də dələduzluq əməlinə görə məhkum olunub. Onlar sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludurlar. Hüseynov qardaşlarının əvvəlki işlərində Arif Əsgərovun oğlu Elnar Əsgərovun adı hallanırdı.
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
-
Dünya12:58Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı
-
Nida Xəbər 10:06Vətən Müharibəsi Qəhrəmanına general-mayor rütbəsi verildi
-
Dünya09:30Daha bir ölkədə etirazçılarla polis toqquşdu: Prezidentin istefasını tələb edirlər
-
Region08:49Nüvə müharibəsi ilə bağlı təcili xəbərdarlıq - 24 saat ərzində…
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...






.jpg)



.jpg)










.jpg)











