Nida Xəbər
Zəfərdən Böyük Qayıdışa: Qarabağda həyat yenidən canlanır
“Zəfər Günü bizim qürur, qələbə, sevinc günümüzdür. Bir millət və dövlət olaraq varlığımızın, müdrikliyimizin və gücümüzün təsdiq olunduğu gündür. Zəfər Günü millətin, dövlətin, iqtidarın birliyini özündə əks etdirir”.
Bu sözləri Publika.az-a açıqlamasında deputat Elman Məmmədov bildirdi. Onun sözlərinə görə, Azərbaycanı zəfərə aparan yolun təməlində dövlətçiliyin möhkəmləndirilməsi, güclü ordunun qurulması və torpaqlarımızın işğaldan azad olunması istiqamətində illərlə aparılan məqsədyönlü siyasət dayanırdı:
“Həmişə demişik və təkrar edirik: bizim heç kimin torpağında gözümüz yoxdur. Ancaq kim torpağımıza əl uzadarsa, onun əlini kəsərik, kim göz dikərsə, onun gözünü çıxararıq. Lakin düşmənlərimiz buna inanmır, istehza ilə yanaşırdılar. Biz dediyimizi təsdiq etdik. Sadəcə zamana ehtiyac var idi. Ölkə iqtisadiyyatının güclənməsi, ordu quruculuğuna başlanması, onun maddi-texniki bazasının və kadr potensialının möhkəmləndirilməsi, 1990-cı illərdə əhali arasında yaranmış inamsızlığın aradan qaldırılması, gənclərimizin mübariz, təmkinli və döyüşkən ruhda tərbiyə olunması - bütün bunlar həyata keçirilməli idi. Bununla da, zərgər dəqiqliyi ilə aparılan siyasət və görülən işlər öz nəticəsini verdi.

Artıq 2010-cu ildən etibarən ermənilərin düşüncəsində ciddi dəyişiklik müşahidə olunmağa başlamışdı. Həmin dövrə qədər ermənilər Azərbaycana qarşı açıq şəkildə hədə-qorxu gəlir, “Bir addım atsanız, tanklarımız Bakıya gəlib çıxacaq”, - deyə bəyanatlar səsləndirirdilər. Lakin 2010-2015-ci illərdən sonra vəziyyət xeyli dəyişmişdi. Ermənilər düşünürdülər ki, ATƏT-in Minsk qrupu Azərbaycanın müharibə aparmasına imkan verməyəcək. Bu yanaşma Ermənistanın Azərbaycanın hərbi gücünün artdığını və torpaqların işğaldan azad edilməsi istiqamətində real addımlar ata biləcəyini artıq ciddi təhlükə kimi qəbul etdiyini göstərirdi. 30 ildən çox müddətdə millətimizin üzərində məğlubiyyət damğası var idi. Biz bu damğanı aradan qaldıra bildik və bu gün qalib dövlətin qalib vətəndaşlarıyıq”.
Deputat qələbədən sonra Qarabağa Böyük Qayıdış prosesindən də bəhs etdi. Onun sözlərinə görə, Zəfərdən sonra qarşıda duran əsas vəzifələr işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, dirçəldilməsi və Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi idi:

“Bu gün işğaldan azad olunmuş bütün ərazilərimizdə bərpa və təmir işləri sürətlə davam etdirilir. Yollar çəkilir, enerji, rabitə, qaz və su təminatı yaradılır, məktəblərimiz, bağçalarımız, xəstəxanalarımız, həkim məntəqələrimiz tikilir və istifadəyə verilir. Əhali üçün müvafiq şərait yaradıldıqca insanlar öz doğma yurd-yuvalarına geri qayıdırlar. Artıq həmin torpaqlara həyat qayıdır, oranın əsl sahiblərinin nəfəsi duyulur, 90 minə yaxın insan orada yaşayır və fəaliyyət göstərir. Gələcəkdə işğaldan azad olunmuş ərazilərimiz əvvəlkindən də yüksək səviyyədə qurulmuş və bərpa edilmiş şəraitdə olacaq. Qalibiyyətimiz, qayıdışımız, müstəqilliyimiz, ərazi bütövlüyümüz və suverenliyimiz əbədidir. Biz bununla fəxr edirik”.
Müəllif: Roza Şəfiyeva
-
Nida Xəbər 11:45Zəfərdən Böyük Qayıdışa: Qarabağda həyat yenidən canlanır
-
Səhiyyə11:27Vətən müharibəsi iştirakçılarına 879 min 232 ambulator xidmət göstərilib
-
Müsahibə10:33Zəfərdən sonra Azərbaycanın qarşısında açılan yeni imkanlar: Qarabağın aqrar potensialı...
-
Region10:25Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Nida Xəbər 09:51Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət etdilər
-
Nida Xəbər 09:36Nazir: Ərazi bütövlüyünün bərpası Azərbaycanın qüdrətini daha da artırdı
-
İKT09:27Azərbaycan mediası Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verdi
-
Ekologiya07:17Zəfər Gününün hava proqnozu açıqlandı


































.jpg)

