Nida Xəbər
BTQ-nin beynəlxalq gənclər platformasına 40 ölkə qoşulub
Bakı Təşəbbüs Qrupunun (BTQ) təşəbbüsü ilə təsis edilən Qlobal Cənub Gənclər Platformasında (GYSP) təmsil olunan ölkələrin sayı artıq 40-a çatıb.
Bu barədə Publika.az-a Bakı Təşəbbüs Qrupundan (BTQ) məlumat verilib.
Bildirilib ki, 40 ölkədən olan fəal gənclər qlobal ədalətə töhfə vermək naminə vahid şəbəkədə birləşiblər. Cari ilin may ayında fəaliyyətə başlayan bu beynəlxalq platforma sülh, həmrəylik və dekolonizasiya prinsiplərini təşviq edərək, Qlobal Cənubu təmsil edən gənclərinin beynəlxalq qərar qəbuletmə proseslərindəki rolunun gücləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Platforma Afrika, Asiya, Avropa, Karib hövzəsi və Sakit okean regionundan olan gəncləri, o cümlədən Yeni Kaledoniya, Fransız Polineziyası, Qvadelup, Reyunyon, Fransız Qvianası, Boneyr və Korsika kimi ərazilərin nümayəndələrini bir araya gətirir. GYSP-nin üzvləri beynəlxalq təşkilatlar, dövlət qurumları, akademik dairələr, media, hüquq və vətəndaş cəmiyyətini təmsil edirlər. Platformanın əsas fəaliyyət istiqamətləri dekolonizasiya, insan hüquqlarının təmin edilməsi, sosial və iqtisadi bərabərsizliyə qarşı mübarizə, yerli icmaların hüquqlarına hörmət edilməsi və s. kimi aktual məsələləri əhatə edir.
Fəaliyyətə başladığı qısa müddət ərzində Platforma iki beynəlxalq tədbir təşkil etmişdir. Bakı şəhərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Colonial Injustice and Housing Shortage” (“Kolonial ədalətsizlik və mənzil çatışmazlığı”) mövzusunda tədbir keçirilmiş, kolonial irsin mənzil təminatına, torpaq münasibətlərinə və şəhərlərin inkişafına təsirləri müzakirə olunmuşdur.
20 may 2026-cı ildə isə “Global South Youth Platform: The Role of Youth in Decolonizing Urbanization” (“Qlobal Cənub Gənclər Platforması: Urbanizasiyanın dekolonizasiyasında gənclərin rolu”) adlı tədbir baş tutmuşdur. Sözügedən beynəlxalq tədbirlərdə gənclərin şəhərsalma proseslərində iştirakı, yerli icmaların hüquqlarının müdafiəsi və Platforma üzvləri arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Qlobal Cənub Gənclər Platforması müxtəlif regionlardan olan gəncləri bir araya gətirməklə təcrübə mübadiləsini, birgə beynəlxalq təşəbbüslərin həyata keçirilməsini və gənclərin qlobal müzakirələrdə fəal iştirakını təşviq edir. Platforma Qlobal Cənubun səsinin beynəlxalq təşkilatlarda daha uca eşidilməsinə töhfə vermək istiqamətində səylərini davam etdirir.
-
Rəsmi xronika16:02Zəngilan Aqroparkı yaradıldı
-
Magazin115:40Şou-biznesdə subay qalan məşhur xanımlar - KİMLƏRDİR?
-
İqtisadi gündəm14:01Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda TƏTBİQ OLUNUR
-
Nida Xəbər 13:44Türkiyə lideri Bakıya buna görə gəlir
-
Region13:40Ermənistan parlamenti Zəngəzur dəhlizi ilə bağlı fövqəladə iclas keçirəcək: Nə planlaşdırılır?
-
Dünya13:04Ağ Evdən Trampın siyasi gələcəyi ilə bağlı diqqətçəkən açıqlama
-
Dünya12:58Zelenski 1,5 saatlıq danışığın təfərrüatını açıqladı: ABŞ-dan nə istəyir?
-
Rəsmi xronika10:22İlham Əliyev onlara müraciət ünvanladı



















.jpg)





.jpg)















