Azərbaycançılıq xalqımızın milli birliyinin mənəvi dayağıdır - Səfa Qarayev
Bizi izləyin

Nida Xəbər

Azərbaycançılıq xalqımızın milli birliyinin mənəvi dayağıdır - Səfa Qarayev

Azərbaycançılıq xalqımızın milli birliyinin mənəvi dayağıdır - Səfa Qarayev

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Səfa Qarayev ARB telekanalına azərbaycançılıq ideyasının milli-mənəvi mahiyyəti və müasir əhəmiyyəti ilə bağlı müsahibə verib.

Publika.az xəbər verir ki, o, azərbaycançılığın Azərbaycan xalqının yaşam tərzini, milli kimliyini və ali dəyərlərini özündə ehtiva edən milli-mənəvi konsepsiya olduğunu bildirib. Qeyd edib ki, Heydər Əliyevin əsasını qoyduğu bu ideya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

S.Qarayevin sözlərinə görə, multikultural dəyərləri özündə birləşdirən azərbaycançılıq düşüncəsi Vətən müharibəsində qazanılan tarixi Qələbənin mənəvi dayaqlarından biri olub, xalqın "Dəmir yumruq"da təcəssüm edən milli iradəsini nümayiş etdirib.

O, Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bu ideyanı dünya ictimaiyyətinin diqqətinə çatdırmasının onun bəşəri əhəmiyyətini bir daha təsdiqlədiyini vurğulayıb. Bildirib ki, azərbaycançılıq bundan sonra da xalqın mənəvi birliyini möhkəmləndirərək onu milli maraqlar və ali dəyərlər ətrafında birləşdirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm