Nida Xəbər
Səfir: 8 Noyabr qələbəsi böyük məsuliyyət yaratdı
Londonun Kral Kollecində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Birlik irsi: Birgə təsir üçün gənclər dialoqu” adlı tədbir keçirilib.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə keçirilən tədbirdə Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələr, gənc mütəxəssislər və diaspor nümayəndələri, o cümlədən Kembric Universitetinin professoru, görkəmli azərbaycanlı alim Qərib Mürşüdov iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov soydaşlarımızı 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edərək, bu tarixin müasir Azərbaycan tarixindəki müstəsna əhəmiyyətindən danışıb.
Səfir 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı, xalqımızın birliyi və həmrəyliyi sayəsində əldə olunduğunu vurğulayıb. Qeyd edib ki, Zəfər Günü yalnız hərbi qələbəni deyil, həm də milli qüruru və tarixi ədalətin bərpasını təcəssüm etdirir. O, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad edib.
Qələbənin, eyni zamanda böyük məsuliyyət yaratdığını bildirən Elin Süleymanov hər bir azərbaycanlının, xüsusilə gənclərin ölkəmizin adını uca tutmasının və onun inkişafına töhfə verməsinin vacibliyinə diqqət çəkib.
Tədbir çərçivəsində gənclərin beynəlxalq əməkdaşlıq imkanları, xaricdə təhsil və karyera perspektivləri, eləcə də Azərbaycanın beynəlxalq müstəvidə təmsil olunmasında onların rolu ətrafında fikir mübadiləsi aparılıb.
Çıxışlarda xaricdə təhsil alan azərbaycanlı tələbələrin üzləşdikləri imkanlar və çətinliklər, peşəkar inkişaf yolları, beynəlxalq mühitdə Azərbaycanı layiqincə təmsil etməyin əhəmiyyəti barədə fikirlər səsləndirilib.
ASAP-ın London nümayəndəsi Səbinə Abışovanın moderatorluğu ilə keçirilən tədbirdə gənclər arasında əlaqələrin gücləndirilməsinin, onların birgə təşəbbüslərdə fəal iştirakının vacibliyi vurğulanıb.
-
Region09:37Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yolu bağlandı
-
Sosial08:45Sökülən binaların sakinlərinə şad xəbər: əlavə 20 faiz… - Vacib detal
-
Dünya07:55Bank böhranı ölkəni silkələdi: Prezident vəzifəsindən uzaqlaşdırıldı, ev dustaqlığına göndərildi
-
İdman07:15Keynin “Bayern”dəki fantastik maaşı
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Dünya6 Noyabr 22:46İki sərnişin təyyarəsində bomba şübhəsi - Qırıcılar havaya qaldırıldı



































.jpg)
