Nida Xəbər
Dominikanda Zəfər Günü münasibətilə ilk mədəniyyət tədbiri təşkil edildi
Azərbaycanın Dominikandakı səfirliyinin təşkilatçılığı ilə paytaxt Santo-Dominqo şəhərində Azərbaycanın Zəfər Günü münasibətilə konsert proqramı keçirilib.
Bu barədə Publika.az-a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Bildirilib ki, Azərbaycan milli musiqisinə həsr olunmuş bu konsert Dominikanda təşkil edilən ilk mədəniyyət tədbiri olub.
Tədbirdə Dominikan Prezident Administrasiyasının nümayəndəsi (nazir müavini), XİN-in rəsmiləri, Mədəniyyət Nazirliyinin əməkdaşları, habelə diplomatik korpus və yerli ictimaiyyətin üzvləri iştirak edib.
Tədbirdə çıxışı zamanı səfir Ruslan Rzayev bu il Vətən Müharibəsində qazanılmış şanlı Qələbənin 6-cı ildönümünün qeyd olunduğunu bildirib.
Səfir Azərbaycan xalqının cəsarətini, əzmkarlığını və birliyini təcəssüm etdirən bu tarixi Qələbənin Azərbaycanın müasir tarixində müstəsna yer tutduğunu vurğulayıb. Diplomat, həmçinin Azərbaycanın regionda davamlı sülh və əməkdaşlıq gündəliyini təşviq etdiyini diqqətə çatdıraraq, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, yenidənqurma və quruculuq işləri barədə danışıb.
Səfir R.Rzayev, həmçinin ikitərəfli münasibətlərə toxunaraq son dövrlərdə iki ölkə arasında müşahidə olunan fəal təmaslar, əldə edilmiş nailiyyətlər və qarşılıqlı faydalı əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərindən bəhs edib. O, 2027-ci ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinin qeyd olunacağını diqqətə çatdıraraq, bu əlamətdar yubileyin ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi və xalqlarımız arasında dostluq əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra müasir və xalq musiqisi elementlərini özünəməxsus şəkildə birləşdirən tar ifaçısı İbrahim Babayev və onun rəhbərlik etdiyi qrupun üzvləri - Pərviz Məmmədovun (piano) və Vəfadar Ramizin (ritm alətləri) ifasında Azərbaycan milli musiqi nümunələri, eləcə də Dominikan musiqisindən seçilmiş əsər səsləndirilib.
-
Region09:37Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yolu bağlandı
-
Sosial08:45Sökülən binaların sakinlərinə şad xəbər: əlavə 20 faiz… - Vacib detal
-
Dünya07:55Bank böhranı ölkəni silkələdi: Prezident vəzifəsindən uzaqlaşdırıldı, ev dustaqlığına göndərildi
-
İdman07:15Keynin “Bayern”dəki fantastik maaşı
-
Region02:43Tehran Vaşinqtondan gələcək zərbəni gözləyir - Hazırlıqlar başladı
-
Qoroskop01:20Günün ulduz falı: daxili səsiniz sizə ən doğru yolu göstərəcək
-
ABŞ6 Noyabr 23:05Heç kim bunu demək istəmir, amma... - Tramp İranın nüvə planından danışdı
-
Dünya6 Noyabr 22:46İki sərnişin təyyarəsində bomba şübhəsi - Qırıcılar havaya qaldırıldı






.jpg)




























.jpg)
