Nida Xəbər
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik məktubu göndərib.
Publika.az-ın məlumatına görə, məktubda deyilir:
"Cənab Prezident, əziz Qardaşım.
Otuz il işğal altında olan qədim Azərbaycan torpaqlarının azadlığa qovuşduğu Zəfər Gününün altıncı ildönümü münasibətilə Zati-aliniz başda olmaqla, bütün azərbaycanlı qardaş və bacılarıma xalqım adından və öz adımdan ən səmimi təbriklərimi çatdırıram.
Böyük Zəfərlə taclandırılan Azərbaycanın ədalətli mübarizəsi bütün Türk dünyası üçün də qürur mənbəyinə çevrilib. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və dirçəldilməsi prosesinin sürətlə irəliləməsi hamımızda qürur hissi oyadır.
Şuşa Bəyannaməsi ilə ən yüksək səviyyəyə çatdırdığımız "Bir millət, iki dövlət" anlayışına əsaslanan sarsılmaz dostluq və qardaşlıq tellərimizdən aldığımız güclə həm ikitərəfli münasibətlərimizdə, həm də beynəlxalq aləmdə bundan sonra da sıx əməkdaşlıq və həmrəylik şəraitində işləyəcəyimizə tam əminəm.
Regionumuzda davamlı sülhün, əmin-amanlığın və sabitliyin bərqərar olması üçün əlaqələndirilmiş şəkildə həyata keçirdiyimiz işlər nəticəsində Cənubi Qafqaz artıq münaqişə və qeyri-sabitlik bölgəsi kimi deyil, əməkdaşlıq və inkişaf bölgəsi kimi tanınır.
Vətənlərinin müstəqilliyi uğrunda mübarizədə canlarından keçən qəhrəman şəhidlərimizə Allahdan rəhmət diləyir, onların əziz xatirələrini hörmət və ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm.
Əziz Qardaşım, fürsətdən istifadə edərək Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına firavan və dinc gələcək arzulayır, ən səmimi diləklərimi çatdırıram".
-
Nəqliyyat14:27Xəzərdə təhlükəli hava şəraiti olacaq - Xəbərdarlıq
-
Nida Xəbər 14:20Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı
-
MDB12:20Məktəblilərin telefon və yazışmaları yoxlanılır - Müfəttiş şagirdləri hədələdi
-
Ekologiya12:16Dağlıq ərazilərə qar yağır - FAKTİKİ HAVA
-
İKT10:09Mask: İnsanların gəlirləri əhəmiyyətli dərəcədə artacaq
-
Sosial08:45Sökülən binaların sakinlərinə şad xəbər: əlavə 20 faiz… - Vacib detal
-
Dünya07:55Bank böhranı ölkəni silkələdi: Prezident vəzifəsindən uzaqlaşdırıldı, ev dustaqlığına göndərildi



























.jpg)








.jpg)
