Nida Xəbər
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib.
Publika.az President.az-a istinadla xəbər verir ki, təbrikdə deyilir:
"Pakistan xalqı və Hökuməti adından, eləcə də şəxsən öz adımdan Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin ildönümü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram.
Bu tarixi gün Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi uğrunda xalqın göstərdiyi şücaətin, milli birliyin və sarsılmaz iradənin parlaq təcəssümüdür. Bu gün Azərbaycan qüdrətli və özünə inamlı dövlət kimi tarixi Zəfərinin bəhrələrini bərpa və yenidənqurma, inkişaf və xalqının davamlı rifahı üçün səfərbər edir. Zati-alinizin uzaqgörən və müdrik rəhbərliyi bu möhtəşəm nəticəyə nail olmaqda mühüm rol oynamışdır.
Pakistan qarşılıqlı inam, ortaq dəyərlər və dərin köklərə malik qardaşlıq əlaqələri üzərində qurulmuş ikitərəfli münasibətlərimizin yüksək səviyyəsi ilə qürur duyur. Azərbaycanla aramızdakı xüsusi münasibətləri yaxın gələcəkdə güclü, çoxşaxəli və dinamik strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək öhdəliyimizə sadiq qalırıq.
Məhz bu yanaşmadan çıxış edərək, Zati-alinizin qarşılıqlı razılaşdırılmış münasib tarixdə Pakistana çoxdan gözlənilən səfərini səbirsizliklə gözləyirik. Qəti əminəm ki, Zati-alinizin İslamabada səfəri ikitərəfli, regional və qlobal məsələlər üzrə fikir mübadiləsi aparmaq, eyni zamanda strateji və iqtisadi tərəfdaşlığımızı daha da gücləndirmək üçün bir sıra qarşılıqlı faydalı təşəbbüslərin rəsmi olaraq başlanmasına gözəl fürsət yaradacaqdır.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və gələcək fəaliyyətinizdə davamlı uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və rifah arzulayıram.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)
-
Nida Təhlil 17:02Şəhid atası: "Mənə deyirdi ki, ata, mən də o aslanlardan biri olacağam"
-
Region16:45Simonyan: "Biz niyə türklərlə savaşmalıyıq?"
-
Ekologiya16:28Sabah güclü külək əsəcək - Xəbərdarlıq
-
Qarabağ 16:17Müharibə veteranı: Bacımın nəvəsi tankda vurularaq şəhidlik zirvəsinə ucaldı
-
Hadisə15:46FHN-də Zəfər Gününə həsr olunmuş tədbir keçirildi - Video
-
Nəqliyyat14:27Xəzərdə təhlükəli hava şəraiti olacaq - Xəbərdarlıq
























.jpg)









.jpg)
