Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edildi - FOTO
Bizi izləyin

Nida Xəbər

Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edildi - FOTO

Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edildi - FOTO

Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən 8 Noyabr – Zəfər Günü münasibətilə Belqrad şəhərində rəsmi qəbul keçirilib.

Səfirlikdən Publika.az-a bildirilib ki, tədbirdə yüksəksəviyyəli dövlət nümayəndələri, həmçinin Serbiyanın idman naziri Zoran Qayiç, elm və incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri, Belqradda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin, Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Serbiyada yaşayan, çalışan və təhsil alan həmvətənlərimiz iştirak ediblər.

Tədbirin əvvəlində Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hər iki ölkənin Dövlət Himni səslənəndən sonra səfir Tahir Tağızadə Zəfər Günü münasibətilə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpasının tarixi əhəmiyyəti, böyük qələbənin əldə olunmasında milli birlik, güclü dövlətçilik, Azərbaycan Silahlı Qüvvələrinin rolunu, həmçinin xalqımız və cəmiyyətimizin Ali Baş komandan, Prezident İlham Əliyev ətrafında birləşməsini vurğulayıb.

Azərbaycan Silahlı Qüvvələrinin Serbiyadakı hərbi attaşesi, polkovnik-leytenant Elməddin Həsənov Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi imkanları, müasir texnologiyalardan istifadə və Şuşanın azad edilməsi əməliyyatının xüsusiyyətləri barədə danışıb.

Sonda 8 Noyabr – Zəfər Günü münasibətilə xalqın qəhrəmanlığını və birliyini, işğaldan azad olunmuş bölgələrdə aparılan yenidənqurma işlərini əks etdirən qısa videoçarx nümayiş olunub.

Tədbir qonaqların şərəfinə verilmiş rəsmi ziyafətlə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm