"Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün!" - Mehriban Əliyeva
Bizi izləyin

Nida Xəbər

"Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün!" - Mehriban Əliyeva

"Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün!" - Mehriban Əliyeva

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Noyabr – Zəfər Günü sosial media hesablarında paylaşım edib.

Publika.az xəbər verir ki, paylaşıdma deyilir:

"Bu gün biz böyük qürurla Zəfər Gününü qeyd edirik! Biz Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq! Qəhrəmanlığınıza, şücaətinizə, cəsarətinizə, dözümlülüyünüzə görə, bugünkü bayramı müzəffər xalq kimi qeyd etdiyimizə görə çox sağ olun!

Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın nurlu xatirəsini ehtiramla yad edir, onların doğma və yaxınlarına səbir arzulayıram! Qoy Azərbaycanda həmişə sülh və əmin-amanlıq hökm sürsün!

Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN".

Bu gönderiyi Instagram'da gör

Oxumağa davam et
Reklam
Reklam

Gündəm