Nida Xəbər
Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür. - İlham Əliyev
Milli-mənəvi dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidən xalqa müraciətində deyilir.
Prezident bildirib ki, Azərbaycanı irəliyə aparan bizim milli-mənəvi dəyərləridir:
"Azərbaycan dövləti bu təməl üzərində qurulub. Əsrlər boyu biz bu dəyərləri qəlbimizdə yaşatmışıq, qorumuşuq və gələcək nəsillərə əmanət kimi verəcəyik. Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. Azərbaycanda bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bizi birləşdirən vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsidir. Bu, bizim milli ideyamızdır. Bir daha demək istəyirəm ki, bu, gələcəyə aparan yoldur. Bu gün Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xoş ovqat, quruculuq meyilləri və cəmiyyətimizin vahid amal uğrunda birləşməsi, hesab edirəm ki, bugünkü dünyada az-az rast gəlinən mənzərədir".
İlham Əliyev bu gözəl bayram günündə bir daha Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu qeyd etmək istədiyini vurğulayıb:
"Çünki ancaq böyük xalq əzab-əziyyətlərə baxmayaraq, 30 illik işğala baxmayaraq, - baxmayaraq ki, Ermənistanın arxasında dayanan böyük dövlətlər bizi hədələyirdi, - iradə göstərdi və mənə dəstək verərək Qələbəmizi şərtləndirdi. Bu gözəl bayramı qeyd edərkən hər birimiz haqlı olaraq qürur hissi keçiririk. Eyni zamanda, hər birimiz bu yolda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini hörmətlə yad edirik. Əminəm, hər birimiz özümüzə deyirik: Biz elə güclü olmalıyıq ki, bundan sonra Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin! Əminəm ki, belə də olacaq. Bu gün Azərbaycan güclü dövlətdir, həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərindən heç kimdən asılı olmayan dövlətdir, müstəqil siyasət aparan dövlətdir və ləyaqətli dövlətdir".
-
Nida Xəbər 12:32Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu
-
Nida Xəbər 12:26Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - Video(Yeniləndi)
-
Nida Xəbər 12:23Prezident: Biz qurub-yaradan xalqıq!
-
Nida Xəbər 11:45Zəfərdən Böyük Qayıdışa: Qarabağda həyat yenidən canlanır
-
Səhiyyə11:27Vətən müharibəsi iştirakçılarına 879 min 232 ambulator xidmət göstərilib
-
Müsahibə10:33Zəfərdən sonra Azərbaycanın qarşısında açılan yeni imkanlar: Qarabağın aqrar potensialı...
-
Region10:25Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Nida Xəbər 09:51Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət etdilər





























.jpg)

