Nida Xəbər
Ərdoğan: "Ağdamda 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq"
Ağdamda 40 sinif otağından ibarət məktəb inşa olunur.
Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında deyib.
"Ağdamda sahəsi 14 500 kvadratmetr olan, 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq", - o bildirib.
Türkiyə lideri əlavə edib ki, təhsil müəssisəsinin açılışı gələn ilə planlaşdırılır:
"Gələn il İlham qardaşımla birlikdə məktəbin açılışını edəcəyik".
Ərdoğan Qarabağda aparılan yenidənqurma işləri ilə bağlı Azərbaycanın səylərindən də bəhs edib:
"Qarabağın yenidən dirçəlməsi və bölgənin əvvəlki canlılığına qovuşdurulması üçün Azərbaycanın ortaya qoyduğu səyi böyük hörmətlə təqdir edirik.
Qarabağda yenidən alovlanan hər ocaq, yüksələn hər əsər, bərpa edilən hər bir tarixi miras Azərbaycan xalqının gələcəyə olan inamını göstərir. Bu yolda təcrübəmizi paylaşmağa davam edəcəyik".
O, Cəbrayılda həyata keçirilən birgə layihədən də söz açıb:
"Ən son Cəbrayılda Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi və Ağıllı Tingçilik qazandırmağın qürurunu yaşadıq. Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyimizin dəstəyi ilə qurulan bu mərkəz Türkiyə-Azərbaycan əməkdaşlığının yeni bir nişanəsi olub".
-
Nida Xəbər 16:51Ərdoğan: "Ağdamda 40 sinif otağından ibarət məktəbin tikintisinə başlamışıq"
-
Nida Xəbər 16:49Ərdoğan: Azərbaycanla Türkiyənin qardaşlığını zəiflətmək istəyənlər heç vaxt əməllərinə çata bilməyəcək
-
Nida Xəbər 16:44Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - VİDEO
-
Nida Xəbər 16:30Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi də gücləndirir!
-
Nida Xəbər 16:05İlham Əliyevdən Ərdoğana: Zəfər Günündə bizimlə bərabər olmağınız bütün Azərbaycan xalqını sevindirir
-
Nida Xəbər 15:21Prezidentin sosial media hesablarında Ərdoğanın səfəri ilə bağlı videoçarx paylaşıldı
-
Nida Xəbər 15:10Ərdoğan Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi
-
Nida Təhlil 14:19Məhv edilən “şeytan yuvası”nda Zəfər Muzeyi – “Bakıda çay içmək” arzuları reallaşdı




























.jpg)

