Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi
Bizi izləyin

Nida Xəbər

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

Ərdoğan Zəfər Günü ilə əlaqədar paylaşım etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfərinin 6-cı ildönümü münasibətilə sosial şəbəkə hesablarında Azərbaycanı təbrik edib.

Publika.az xəbər verir ki, Türkiyə Prezidentinin paylaşımında qeyd olunur:

“Altı il əvvəl qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi altında bir yumruq kimi birləşən Azərbaycan xalqı böyük qəhrəmanlıq göstərərək Qarabağı yenidən azadlığına qovuşdurdu. Bu şanlı qələbə Azərbaycanın haqq işinin ən gözəl təzahürü və bütün Türk dünyasının qürur mənbəyi olmaqda davam edir”.

Ərdoğan bildirib ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda yeni dövrün başlanğıcını qoyub:

“Bu gün qarşımızda duran vəzifə döyüş meydanında qazanılan qələbəni davamlı sülh və sabitliklə möhkəmləndirməkdir. Biz Azərbaycanın haqq mübarizəsini dəstəklədiyimiz kimi, bölgəmizdə davamlı sülhün bərqərar olması istiqamətində səmimi səylərini də dəstəkləyirik”.

Türkiyə Prezidenti Qarabağın yenidən qurulması və bölgənin əvvəlki həyatına qovuşdurulması istiqamətində Azərbaycanın həyata keçirdiyi işləri yüksək qiymətləndirdiyini bildirib:

“Qarabağda yenidən yanan hər ocaq, ucaldılan hər tikili və bərpa edilən hər tarixi irs nümunəsi Azərbaycan xalqının gələcəyə inamını göstərir. İnşallah, bu yolda təcrübəmizi bölüşməyə, yenidənqurma və inkişaf səylərinə töhfə verməyə davam edəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm