“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj
Bizi izləyin

Nida Xəbər

“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj

“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağda qazanılan Zəfərdən sonra qarşıda duran əsas vəzifənin bölgədə davamlı sülh və sabitliyin təmin edilməsi olduğunu bildirib.

Publika.az xəbər verir ki, Ərdoğan bu barədə “X” sosial şəbəkəsindəki hesabında etdiyi paylaşımda bildirib.

Türkiyə lideri qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Cənubi Qafqazda yeni bir dövr açıb.

“Bu gün qarşımızda duran vəzifə döyüş meydanlarında qazanılan qələbəni davamlı sülh və sabitliklə taclandırmaqdır. Biz Azərbaycanın ədalətli mübarizəsini və bölgəmizdə davamlı sülh yaratmaq üçün səmimi səylərini dəstəkləyirik”, – Ərdoğan vurğulayıb.

O, həmçinin Azərbaycanın Qarabağı yenidən qurmaq və bölgəni əvvəlki canlılığına qaytarmaq səylərini yüksək qiymətləndirib. Türkiyənin bu istiqamətdə təcrübəsini bölüşməyə və yenidənqurma işlərinə töhfə verməyə davam edəcəyini bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm