Türkiyənin daha iki şəhərindən Azərbaycana jest - Foto/Video
Bizi izləyin

Nida Xəbər

Türkiyənin daha iki şəhərindən Azərbaycana jest - Foto/Video

Türkiyənin daha iki şəhərindən Azərbaycana jest - Foto/Video

Xəbər verdiyimiz kimi, 8 Noyabr – Zəfər Günü qardaş Türkiyədə də müxtəlif tədbir və təşəbbüslərlə qeyd olunub.

Publika.az xəbər verir ki, əlamətdar gün münasibətilə Manisada reklam lövhələrində Böyükşəhər Bələdiyyəsinin təbrik mesajları yerləşdirilib.

Bursada isə şəhərin tarixi məkanlarından olan Tophane saat qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

Qeyd edək ki, bundan əvvəl Zəfər Günü münasibətilə İstanbulun simvollarından biri olan 15 İyul Şəhidlər Körpüsü və Ankarada yerləşən TOBB Əkiz Qüllələri də üçrəngli bayrağımızın rənglərinə bürünüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm