Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirildi
Bizi izləyin

Nida Xəbər

Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirildi

Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirildi

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən noyabrın 13-də Gəncə şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışının tarixi noyabrın 12-nə dəyişdirilib.

Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında keçiriləcək qəbulda Gəncə, Naftalan, Samux, Göygöl, Goranboy, Daşkəsən, Kəlbəcər şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər:

"Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı noyabrın 11-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər".

Məlumata görə, polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı noyabrın 12-də 08:00-da keçiriləcək:

"DİN Daxili Qoşunların Gəncə şəhərində yerləşən hərbi hissəsində baş tutacaq sıra baxışına və Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında keçiriləcək vətəndaş qəbuluna gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm