Nida Xəbər
Münhendə yaşayan azərbaycanəsilli yəhudilər Zəfər və Dövlət Bayrağı günlərini qeyd etdi - FOTO
Almaniyanın Münhen şəhərində yaşayan azərbaycanəsilli yəhudilər Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə tədbir keçiriblər.
Publika.az xəbər verir ki, Yanuş Korçak Avropa Akademiyasında keçirilən tədbir iştirakçıları, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Azərbaycan rejissoru Rüfət Əsədov bildirib ki, Azərbaycan əsrlər boyu müxtəlif xalqların və dini icmaların sülh, qarşılıqlı hörmət və anlaşma şəraitində yaşadığı, multikultural dəyərlərin qorunub saxlanıldığı nadir ölkələrdən biridir. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası uğrunda çiyin-çiyinə mübarizə aparması ölkəmizdəki milli həmrəyliyin və birgəyaşayış ənənələrinin bariz nümunəsidir.
Münhen yəhudi icmasının fəalı Emin Salimov da çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə Almaniyada yaşayan azərbaycanlılar, o cümlədən dağ yəhudiləri Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması, ölkəmizin haqlı mövqeyinin müdafiə olunması və həqiqətlərin dünya ictimaiyyətinə təqdim edilməsi istiqamətində fəal iş aparıblar. O qeyd edib ki, həmin dövrdə nümayiş etdirilən həmrəylik Azərbaycan xalqının birliyinin, milli mənsubiyyətindən asılı olmayaraq Vətənə bağlılığın və ortaq dövlətçilik dəyərlərinə sədaqətin bariz təzahürü olub.
Tədbir çərçivəsində azərbaycanlı rejissor Rüfət Əsədovun “Əsrlərdən gələn ənənələr” sənədli filminin təqdimatı olub.
Qeyd edək ki, film yəhudi əsilli azərbaycanlı rəssam Albert Rəfiyevin həyat və yaradıcılığına həsr olunub. Azərbaycan Rəssamlar İttifaqının və Xalçaçılar Birliyinin, eləcə də Rusiya Rəssamlar İttifaqının üzvü olan Albert Rəfiyev S. Vaynşteyn mükafatının laureatıdır.
Filmdə Albert Rəfiyevin yaradıcılığında Azərbaycan və yəhudi mədəniyyətlərinin vəhdəti, bu iki xalqın zəngin mədəni irsinin sənətkarın yaradıcılığında əks olunması mövzusu işıqlandırılır.
Azərbaycan və İsrailin birgə istehsalı olan filmin istehsalçısı “Sholumi”, prodüseri isə Shaul Siman-Tovdur.
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı






.jpg)





.jpg)









.jpg)
.jpg)









.jpg)


