Nida Xəbər
Qarsda Zəfər Gününə həsr olunan möhtəşəm yürüş - Foto
Azərbaycanın Zəfər Gününün 6-cı ildönümü Türkiyənin Qars şəhərində təntənəli yürüşlə qeyd edilib. Tədbir zamanı “Qarabağ Azərbaycandır” şüarları səsləndirilib, “İki dövlət, bir millət” qardaşlığı vurğulanıb.
Publika.az xəbər verir ki, yürüş Qars Valiliyi və Bələdiyyəsinin, Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Qarsdakı Baş Konsulluğunun və Azərbaycan-Türkiyə Dərnəkləri Birliyinin təşkilatçılığı ilə keçirilib.
Qars valisi Ziya Polat, şəhər bələdiyyəsinin sədri Ötüken Senger, Azərbaycanın Qarsdakı baş konsulunun müavini Erdal Məmmədoğlu və digər rəsmi şəxslərin də qatıldığı yürüş Qars Valiliyinin qarşısından başlayıb.
Əllərində Türkiyə və Azərbaycan bayraqları tutan iştirakçılar Karadağ və Atatürk prospektləri boyunca hərəkət edərək Qarsın tarixi qapalı bazarının qarşısına toplaşıblar. Burada Qafqaz xalq rəqsləri kollektivlərinin çıxışları və atəşfəşanlıq nümayiş etdirilib.
Yürüşün sonunda jurnalistlərə açıqlama verən Qars Bələdiyyəsinin sədri Ötüken Senger Qarabağın 44 günlük Vətən müharibəsindən sonra əbədi olaraq türk yurdu olduğunu bildirib. O, müharibədə şəhid olanları rəhmət və ehtiramla yad edib, Azərbaycanın Zəfər Gününü təbrik edib.
Qars valisi Ziya Polat da Azərbaycan və Türkiyənin “İki dövlət, bir millət” anlayışı ilə bundan sonra da çiyin-çiyinə irəliləyəcəyini vurğulayıb. O, şəhidlərə rəhmət, qazilərə sağlam və uzun ömür arzulayaraq Azərbaycanın Zəfər Gününü təbrik edib.
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı






.jpg)

.jpg)
.jpg)











.jpg)












.jpg)


