Nida Xəbər
Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olundu
Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə hazırladığı “Belém Missiyası – 1,5°C” hesabatı Türkiyənin Antalya şəhərində keçirilən COP31 çərçivəsində ictimaiyyətə təqdim olunub.
Publika.az xəbər verir ki, hesabatın əsas məqsədi Paris Sazişi çərçivəsində qlobal temperatur artımının 1,5°C ilə məhdudlaşdırılması istiqamətində ölkələrin iqlim öhdəliklərinin və milli adaptasiya planlarının həyata keçirilməsinə dəstək verməkdir.
Hesabat ötən il Braziliyada keçirilmiş COP30 zamanı COP29, COP30 və COP31 sədrliklərinə verilmiş mandat çərçivəsində, Azərbaycan, Braziliya, Türkiyə və Avstraliyanın birgə əməkdaşlığı nəticəsində hazırlanıb.
Sənədin hazırlanması zamanı 2026-cı ildə ölkələr, beynəlxalq təşkilatlar, özəl sektor və digər maraqlı tərəflərlə geniş məsləhətləşmələr aparılıb. Məsləhətləşmələr Azərbaycan (Bakı və Şamaxı) da daxil olmaqla, il ərzində dünyanın bir çox ölkəsində baş tutub. Əlavə olaraq, müxtəlif ölkə və təşkilatlardan daxil olmuş 148 yazılı təqdimat nəzərdən keçirilib.
Hesabatda enerji, sənaye, kənd təsərrüfatı, meşələr, okeanlar, səhiyyə və şəhərsalma kimi sahələrdə istixana qazı emissiyalarının azaldılması, iqlim dəyişmələrinin təsirlərinə qarşı dayanıqlılığın artırılması və yeni iqtisadi imkanların yaradılması üçün mövcud həll yolları əksini tapıb.
Hesabatın rəsmi təqdimatı noyabrın 16-da COP31 çərçivəsində Antalyada təşkil olunacaq yüksəksəviyyəli tədbirdə keçiriləcək.
-
Region21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Dünya18:12Türkiyədə zavodda partlayış: 10 nəfər öldü - Yeniləndi
-
Nida Xəbər 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi
-
Rəsmi xronika14:04Prezident Draqan Vladisavljeviçi “Dostluq” ordeni ilə təltif etdi
-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi







.jpg)


.jpg)
.jpg)

.jpg)









.jpg)











.jpg)


